Virtualaz.org xatırladır ki, qalıqlar Korçe vilayətinin Turan kəndi ərazisində tapılıb.
TAP-ın ekspertlərinin qiymətləndirməsinə əsasən, tapılan əşyalar eramızdan əvvəl X-IX əsrlərə aiddir.
Layihənin podratçısı tikinti işlərini dərhal dayandırıb. Tapıntılar barədə Albaniyanın Arxeoloji Xidmət üzrə Agentliyinə məlumat verilib. Hazırda alban arxeoloqlar tərəfindən ərazidə qazıntı işləri aparılır.
Bildirilir ki, tikinti işləri azı 1 ay yubanacaq.
TAP-ın tarixi irs üzrə baş məsləhətçisi Nil Ferbern KİV-ə bir daha bildirib ki, konsorsium tarixi və mədəni irsin qorunmasına olduqca böyük əhəmiyyət verir: «Bizim komandamız işlərin gedişinə nəzarəti davam etdirir və təqib edilən qaz kəməri yolunda tapılmış mədəni irsin bütün elementlərini bərpa edir. Biz Avropa Birliyinin qanunları çərçivəsində hərəkət edirik və qabaqcıl dünya təcrübəsinə əsaslanırıq».
Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rol oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında «Hökumətlərarası Saziş» 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir. Amma...
Xatırladaq ki, ekoloji problemlər bəhanəsi ilə artıq bir ilə yaxındır ki, tikintiyə İtaliyada da analoji problemlər yaradılır. Boru kəmərinin tikintisinə qarşı təxribatlar mart ayının ortasında - çoxillik zeytun ağaclarının yerinin qaz kəmərinin keçəcəyi San-Fokadan Salento regionuna köçürülməsindən sonra başlandı. No TAP komitəsi, hansına ki, "Beş ulduz" hərəkatının başçısı-komik, aktyor, bloqqer kimi tanınan Beppe Qrillo rəhbərlik edir və İtalyan parlamentində 22 faiz səslə təmsil olunur, ağacların yerinin dəyişdirilməsinə qarşı etiraz aksiyasına başladı...
Onu da xatırladaq ki, TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 milyard kubmetrdir (illik 20 milyard kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü isə belədir: «Cənub Qaz Dəhlizi» QSC - 20 faiz, BP - 20 faiz, «Snam» - 20 faiz, «Fluxys» - 19 faiz, «Enagás» – 16 faiz, «Axpo» – 5 faiz.