Virtualaz.org «Novosti Armeniya»ya istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
«İyunda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regional səfəri gözlənilir. Bundan sonra, əgər lazım olacaqsa, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilə bilər», - deyə E.Nalbandyan bildirib.
«Danışıqların alternativi yoxdur. Onları davam etdirmək lazımdır», - Ermənistanın Xarici İşlər Nazirliyinin başçısı vurğulayıb.
***
Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərindəki hərbi hissələrdən birində bu gün saat 15:15-də kiçik serjant Arşak Vaqan Arşakyan ölümcül güllə yarası alıb.
Virtualaz.org bildirir ki, bu barədə Novosti Armeniya Ermənistan İstintaq Komitəsinə istinadən xəbər yayıb.
Qeyd edilir ki, hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi üçün istintaq aparılır.
P.S. «Danışıqların alternativi yoxdur» sözünə qısa və dəqiq cavab budur. Azərbaycan torpaqlarındakı hər bir erməni əsgəri ölümə məhkumdur.