Azvision.az bildirir ki, baş verən ədalətsizlikləri, qanun pozuntularını qeyd edən Postancıyan mətbuat konfransı zamanı fəaliyyətdə olan hökuməti devirmək üçün «Milli Müqavimət Hərəkatı»nın başlanmasının lazım olduğunu bəyan edib.
O, xalqa ünvanlandığı müraciətində siyasi böhranın aradan qaldırılması üçün sosial təbəqələrin fəal iştirakını tələb edib. Postancıyan Ermənistanda qanunsuz rejimin devrilməsinə çağırışlar edərək yaradılacaq hərəkatın qətnamələrini oxuyub.
Postancıyana görə, «Milli Müqavimət Hərəkatı» 2015-ci ildə keçirilən referendumun nəticələrini, Serj Sərkisyan və Respublika partiyasının qanunsuz hakimiyyətini tanımır və onlara qarşı istintaq prosesinin başlanmasını tələb edir.
Öz siyasi platformasının digər detallarını vurğulayan müxalif fəal respublikaçı namizəd Taron Markaryanın bir gün sakit yaşamayacağını, ümumən hakimiyyətin həyatının cəhənnəmə çevriləcəyini bildirib.