Vaxt.Az
Deputat toyunda dollar yağdı
Bəylə gəlinə qızıllar hədiyyə olunan mərasimdə deputatlar, nazirlər və spiker iştirak edib
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Şanlı Urfadan seçilən deputatı Seyit Eyuboğlunun vəkil oğlu Ömər Eyuboğlu mühəndis Dərya Gülellə evlənib.Türkiyə mətbuatı xəbər verir ki, toy Ankaradakı «ATO Congresium»da keçirilib. Mərasimdə Türkiyə parlamentinin spikeri Cəmil Çiçək, əmək və sosial güvənlik naziri Faruk Çelik, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, AKP rəsmiləri və millət vəkilləri iştirak ediblər. Cütlüyün nikah şahidli Cəmil Çiçək olub.
Toyda iştirak edən qonaqlar rəqs edənlərin başına pul səpmək yarışına giriblər. Atılan dollarları mərasimin keçirildiyi məkanın əməkdaşları toplayıblar. Gəlin və bəyə xeyli qızıl hədiyyə edilib.
04.01.2014 çap et