Millət vəkili adı çəkilən xəbər agentliyinin müxbiri ilə danışıqda kürdlərin Qərbi Azərbaycan Vilayətinin idarəçiliyi ilə bağlı gileylərinin haqlı olduğunu deyib.
O «Nəyə görə kürdlərin Qərbi Azərbaycanın idarəçiliyində rolu məhduddur?» sualının cavabında deyib: «Bütövlükdə bütün qövmlərin bu məsələdə gileyi var. Lakin onların rəsmi orqanlara təyin edilməsi təkcə dövlətin mövqeyi ilə bağlı deyil. Bu, həm dövlət və həm də müxtəlif səlahiyyətli orqanlardan asılı məsələdir»
Ruhani tərəfdarlarının Bukanda (Bəykəndi) keçirdiyi tədbir zamanı müxbirin suallarını cavablandıran M.Pezeşkiyan prezidentin qövmlərlə bağlı fəaliyyətini müsbət qiymətləndirib. «Ruhani qövmlərlə bağlı tələblərin təmin edilməsi üçün rahat şəkildə qərar verə bilmir, lakin bu istiqamətdə müəyyən addımlar atılıb. Belə tələblərin təmin eilməməsində biz millət vəkillərinin də müəyyən günahı var. Ola bilsin ki, tələb etməmişik. Bütün bunlara baxmayaraq Ruhani hakimiyyəti ötən hakimiyyətlərə nisbətən qövmlərlə bağlı münasib addımlar atıb»- deyə o əlavə edib.
M.Pezeşkiyan Ruhani dövründə ölkədə siyasi mühitin açıq olduğunu iddia edərək bildirib ki, əgər bu hakimiyyət davam etməzsə mövcud açıq mühitin də davamı olmayacaq.
Qeyd edək ki, millət vəkilinin iddiasına rəğmən İranda Həsən Ruhani dönəmində Urmu gölünün canlandırılması və türk dilinin tədris edilməsi ilə bağlı verilən vədlər yerinə yetirilmədi və ana dilində təhsil tələb edən fəallar uzun müddətli həbs cəzalarına məhkum edildi.
Qərbi Azərbaycan Vilayətinə gəlincə isə Azərbaycanın əzəli torpaqları olan bölgə kürd terror qruplaşmaları tərəfindən Şərqi Kürdistan adlandırılır, onlar İran rejiminin yardımı ilə bölgəni kürdləşdirməyə çalışırlar. Qruplaşmalar Qərbi Azərbaycanı kürdləşdirmək üçün terror aktları törətməkdən belə çəkinmirlər. Onlar dövlətin rəsmi orqanlarına daxil olmaqla kürdləşdirmə prosesini daha da sürətləndirib və Qərbi Azərbaycan Vilayətini ələ keçirmək istəyirlər.