Vaxt.Az

«Geometrik vilayətləri görmək mümkündür»


 

Astronavt kosmosdan Azərbaycana baxıb heyrətə gəldi

«Geometrik vilayətləri görmək mümkündür» Avropa Kosmik Agentliyinin astronavtı Toma Peske növbəti dəfə sosial şəbəkə istifadəçilərini kosmosdan Yer planetinin görüntüləri ilə sevindirib. Virtualaz.org xəbər verir ki, bu dəfə astronavtın kamerasının obyektivi Azərbaycana tuşlanıb. Astronavtlar Azərbaycanda yerləşən bölgələrin mütləq geometriyasını görərək heyrətə gəliblər.

Toma Peske vaxtaşırı olaraq planetin təəcüblü yerlərindən fotolar paylaşır. Belə ki, çoxlarına adi görünən məkanlar kosmosdan tamam ayrı görünür. Bunun ən yaxşı təsdiqi Beynəlxalq Kosmik Stansiyadan astronavtların Azərbaycanın yeni çəkdikləri fotolardır. Hansı ki, bu fotolar astronavtları heyrətləndirib. Toma Peske bu fotoları aşağıdakı şərhi əlavə etməklə yayıb: «Azərbaycanda geometrik vilayətləri görmək mümkündür».

 





16.05.2017    çap et  çap et