Vaxt.Az

«Mənim səsim ana dilinə»


 

Ərdəbil küçələrində divarlara milli şüarlar yazılıb

«Mənim səsim ana dilinə» İranda prezident və Şəhər Şurası Seçkiləri ərəfəsində milli-mədəni hüquqları tələb edən soydaşlarımız daha da aktivləşib.

Ərdəbil şəhərindən əldə etdiyimiz məlumata görə, prezidentliyə namizədlərin verdikləri yalan vədlərə qarşı küçələrə müxtəlif milli şüarlar yazılıb.

«Mənim səsim ana dilinə», «Türk dilində mədrəsə», «Ərdəbil vilayətinin istəyi Azərbaycanın milli kimliyidir» və s. kimi şüarları Ərdəbilin bir çox küçə və xiyabanlarında görmək mümkündür.

 





16.05.2017    çap et  çap et