Vaxt.Az
Şumaxer əfsanəsinin axırı
Ferrarinin pilotu Mixali əlil qala bilər
Məşhur alman avtopilot Mixail Şumaxer iflic ola bilər. Alp dağlarında xizək sürərkən yıxılaraq kəllə beyin travması alan pilot səsini də itirmək təhlükəsi ilə üz-üzədir. Rusiya mətbuatının məlumatına görə, bu barədə “Formula 1” yarışmasının keçmiş pilotu fransız Filipp Streyffan bildirib.“Mən beyin institutunun başçısı Jerar Salyan ilə danışmışam. Onlar hematomanın düşdüyünü izləmək üçün Şumaxerin beynini hər gün MR edirlər. Həftənin birinci günü hematoma iki tərəfli idi, bu gün isə ancaq sol tərəfdə görünür. Bu böyük nailiyyətdir. Əgər sağ tərəfin hematomasının çəkilməyi uzun zaman çəkərsə Şumaxer iflic vəziyyətdə qala bilər. Bu vəziyyətdə o səsini də itirə bilər. Düşünürəm ki, reabritasiyadan sonra səsini qaytarmaq və bədəninin qalan hissəsini hərəkətə gətirmək olar”, deyə 1989-cu ildə Braziliyada məşqlər zamanı ağır qəza keçirdikdən sonra əlil arabasına məhkum olan Streyff bildirib.
Qeyd edək ki, Şumaxer Fransada xizək sürərkən yıxılıb başı daşa dəyib, zərbənin gücündən keçmiş çempionun başında olan qoruyucu şlem iki yerə parçalanıb. Ötən gün 45 yaşı tamam olan sürücü artıq neçə gündür xəstəxanada koma vəziyyətində yatır.
04.01.2014 çap et