Vaxt.Az

Zəncanda Ruhanini inqilabçı ruhda qarşıladı


 

İran prezidenti çıxışı zamanı milli şüarlar səsləndirilib

Zəncanda Ruhanini inqilabçı ruhda qarşıladı İran prezidenti Həsən Ruhani növbəti prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Güney Azərbaycanın Zəncan şəhərinə səfər edib, o Azərbaycanın digər şəhərləri kimi bu şəhərdə də milli şüarlarla qarşılaşıb.

Məlumata görə, mayın 16-da H.Ruhani Zəncanda keçirilən təbliğat mitinqində çıxış edərkən əhali gur səslə «Azərbaycan var olsun – İstəməyən kor olsun», «Türk dilində mədrəsə - Olmalıdır hər kəsə», «Haray haray məm türkəm» və s. kimi şüarlar səsləndiriblər. Mitinqə qatılan soydaşlarımızın bir çoxu türklərə qarşı ayrı-seçkilik siyasətinə son qoyulması, türk dilinin rəsmi olması və ana dildə təhsil tələb edən plakatlar qaldırıblar. Mitinq zamanı Ruhaniyə 4 il öncə verdiyi vədlərin yerinə yetirilmədiyi üçün kəskin etiraz edilib.

Mitinq təşkilatçıları Təbriz və Urmiyədə olduğu kimi əhalidən «Ya Hüseyn, Mir Hüseyn» şüarının səsləndirilməsini istəyiblər, lakin yenə də soydaşlarımız tələb olunan şüarla deyil, Azərbaycana qarşı ayrı-seçkiliyi pisləyən şüarlarla çıxış ediblər.

 





17.05.2017    çap et  çap et