vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
20:39 | 18 may 2017 | Cümə axşamı Məqaləyə 1258 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrticaçının utopiyası...

Sərkisyan əsl sifətini yenidən göstərdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölkənin yeni parlamentinin birinci iclasında Ermənistan prezidenti Serj Sərkisyanın bugünkü çıxışı Qarabağ münaqişəsinin nizama salınmasında erməni siyasi rəhbərliyinin irticaçı mövqeyini yenidən nümayiş etdirdi. Bir daha məlum oldu ki, S.Sərkisyan güzəştlərə hazır deyil. Bundan başqa erməni prezidenti ATƏT-in Minsk qrupunun himayəsi altında uzunmüddətli proseslərin və danışıqların gedişatında formalaşdırılmış sülh nizamlanmasının bütün əvvəlki prinsiplərini də rədd etdi.

S.Sərkisyanın sözlərinə görə, Qarabağın işğal zonasında separatçı mübarizə «yeganə doğru yoldur».

«Bu gün, 1988-ci ildə olduğu kimi, öz müqəddəratını təyin etmək üçün mübarizə ən doğru yoldur. Artsax xalqının öz müqəddəratını təyin etmə hüququnu reallaşdırmasının və təhlükəsizliyinə zəmanət yaratmasının alternativi yoxdur. Bu mövqe danışıqlar prosesində də əks olunub», - deyə S.Sərkisyan bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin indiyə qədər nizama salınmamasının günahkarı Ermənistan və ya beynəlxalq vasitəçilər deyil. Və guya danışıqlar prosesinə mövcud status-kvonun saxlanılmasını dəstəkləyən və bunu gizlətməyən Azərbaycan mane olur.

Ermənistan prezidenti, həmçinin deyib ki, Azərbaycanın antierməni siyasətini neytrallaşdırmaq üçün beynəlxalq arenada daha fəal siyasət aparılmalıdır.

Onun sözlərinə görə, bu, Azərbaycan tərəfindən daim təşəbbüs göstərilən bəyannamə və layihələrin sayının azaldılması üçün lazımdır.