«Pul verən də məsuliyyətə cəlb edilsin»
Mətbuat Şurasının sədri saytların daşıdığı məsuliyyətdən danışdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Zabilin yoxluğu böyük itkidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
-
“İmadəddin Nəsimi və özbək ədəbiyyatı”
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
“Sosial sifariş idi”
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
-
Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə layihəyə start verdi
Layihə çərçivəsində ilk toplantı keçirilib
-
95-ci ildə «Qələbə»lik
MŞ sədri bölgə qəzetinin yubileyi mərasimində iştirak edib
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
-
“Jurnalistlərin Ermənistana səfəri müsbət haldır”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
-
“Prezident həssasdır”
Əflatun Amaşov: “Hər dövlət başçısı bunu bacarmır”
-
“Gələcəyimiz naminə ...”
Əflatun Amaşov: “Çap məhsulları üzərindən ƏDV götürülsün”
-
“KİVDF-dən pul ala bilərlər”
Deputatdan maliyyəsi dayandırılan qəzetlərə müraciət
-
“O, hər iki xalqın düşmənidir”
Millət vəkilindən gürcü həmkarlarına müraciət
-
Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər
Azərbaycan Mətbuat Şurası mövzusunda dəyirmi masa keçirib
-
“Üzrxahlıq əvəzinə təhrifə haqq qazandırır”
Əflatun Amaşov: “Mənə elə gəlir ki, Zaxarova özü ayrıca anti-Azərbaycan adasıdır”
-
“Bunu əməli nümunələrdə göstərək”
“Biz Şərqdə ilk demokratik respublikanı quranların varisləriyik”
Azərbaycanda artıq internet resurslar da yazılı kütləvi informasiya vasitələri üçün nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Bunu «Trend»ə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Ə.Amaşovun sözlərinə görə, «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» qanuna edilən dəyişikliklərdən sonra yazılı mətbuat üçün nəzərdə tutulan məsuliyyət eyni zamanda internet resurslarına da şamil olunur: «Məsələn terrorçuluğun təbliği, narkotik maddələrdən istifadənin, satışının təbliği və s. bu kimi nüanslar internet resurslarda birmənalı qaydada qadağan olunur. Əgər internet resursunda dövlət əleyhinə müəyyən çıxışlar varsa, dövlət çevrilişinə cəhdlər olarsa, bu zaman müvafiq icra orqanı həmin resursu bağlada və 5 gün müddətində məhkəmə nəticəsində bu məsələlərə aydınlıq gətirilə bilər. Bundan başqa, bır sıra saytlar var ki, sosial şəbəkələrdə ünvansız, yalançı adlarla fəaliyyət göstərirlər, ayrı-ayrı insanların şərəf və ləyaqətini alçaldır, onların şəxsi həyatlarına müdaxilə edirlər. Həmin dəyişikliklərdə birmənalı şəkildə göstərilir ki, bütün xəbər resursları özləri haqqında məlumatları yerləşdirməlidirlər. Əgər bu, hüquqi şəxsdirsə, onun adı, ünvanı, əlaqə vasitələri, fiziki şəxsdirsə, onun elektron ünvanı, telefon nömrələri sosial resursda göstərilməlidir».
Ə.Amaşov onu da əlavə edib ki, Azərbaycan Mətbuat Komissiyası Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının fəaliyyətini genişləndirmək üçün komissiyaya hüquq-mühafizə orqanlarının – Respublika Prokuroluğunun, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrini cəlb edib.
Onun sözlərinə görə, komissiyanın iclaslarında reketçiliklə əlaqədar məsələlər müzakirə edilərkən adıçəkilən qurumlardan hər 3-nün nümayəndəsi iştirak edəcək. Artıq həmin qurumlar tərəfindən komissiyanın üzvləri olan şəxslər müəyyənləşdirilib: «Reketçiliyə qarşı mübarizə işində elə məsələlər olur ki, onlar artıq hüquqi müstəvidə araşdırılmalıdır. «Reket jurnalistika« deyildikdə, yalnız jurnalist nəzərdə tutulmamalıdır. Çünki pul verən və pul alan tərəf var. Həmin komissiyanın genişləndirilməsində məqsəd də odur ki, faktlar təsdiqini taparsa, digər tərəf - pul verən tərəf də məsuliyyətə cəlb edilsin».