vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
15:09 | 29 may 2017 | Bazar ertəsi Məqaləyə 2295 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şimali Koreyanın növbəti «uğurlu» sınağı

Raket Yaponiyaının iki adasının ortasına düşüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreyanın son həftələrdə atdığı yaxın məsafəli ballistik raketlərdən üçüncüsü «uğurlu» olub. Skad Yapon sularına enişdən əvvəl 450km uçub. Raket Yaponiyanı etiraz etməyə vadar edib.

Müşahidəçilərin fikrincə, bu sınaqlar Şimali Koreyanın nüvə başlığı daşıya bilən raket istehsalını təkmilləşdirməyə doğru irəlilədiyini göstərir.

ABŞ Sakit Okean Komandanlığının bildirilib ki, raket Şimali Koreyada «Wonsan»dan buraxılıb və o, enişdən əvvəl təxminən altı dəqiqə uçub.

Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yoshihide Suga jurnalistlərə bildirib ki, raket Yaponiyanın Sado və Oki adalarının arasındakı sahədə enib.

Şimali Koreyada Sovet İttifaqı zamanında hazırlanmış kiçik məsafəli Skad raketlərinin böyük ehtiyatları var. Skad raketlərinin təkmilləşdirilmiş versiyası 1,000 km spektrdə uça bilir.

Əvvəlki iki sınaq uzaqmənzilli raketlərə aid idi və Şimali Koreya onların «uğurlu» olduğunu iddia edib.

Şimali Koreya deyir ki, bu sınaqlar ABŞ təcavüzünə müqavimət göstərmək üçündür.