vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ENERGETİKA  
20:49 | 31 may 2017 | Çərşənbə Məqaləyə 1382 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezident və birinci vitse-prezident neft sərgisində

İlham Əliyev və Mehriban Əliyeva XXIV Beynəlxalq «Xəzər Neft və Qaz-2017»nin açılış konfransında iştirak ediblər

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Sərgi Mərkəzində XXIV Beynəlxalq «Xəzər Neft və Qaz-2017» sərgi və konfransının, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak ediblər.

Xəzəryanı regionda energetika sektorunun ən əhəmiyyətli tədbiri olan XXIV Beynəlxalq «Xəzər Neft və Qaz-2017» sərgisi Azərbaycanın Energetika Nazirliyinin və Dövlət Neft Şirkətinin - SOCAR-ın dəstəyi, «ITECA Caspian» və «ITE Group» şirkətlərinin təşkilatçılığı ilə keçirilir. Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 300-dək şirkət iştirak edir. Onların arasında Azərbaycan, ABŞ, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Yaponiya və digər ölkələr var. İtaliya sərgidə öz milli pavilyonu ilə iştirak edir. İştirakçıların ümumi sayının 15 faizini təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələri təmsil edən şirkətlər yer alıb.

XXIV Beynəlxalq «Xəzər Neft və Qaz-2017» sərgi və konfransında «ITE Group Plc» şirkətinin xüsusi məsləhətçisi Endryu Vud çıxış edib.

Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.

ABŞ dövlət katibinin köməkçisinin müavini xanım Robin Dunniqan Birləşmiş Ştatların Prezidenti Donald Trampın təbrik məktubunu oxuyub.

Sonra Avropa İttifaqının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefşoviçin videomüraciəti təqdim olunub.

Çıxışlardan sonra Prezident İlham Əliyev sərgilərlə tanış olub.