Evdə paltar qurutmaq niyə təhlükəlidir?
Kif sporları astma xəstəliyini kəskinləşdirə bilər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Britaniya ilə Fransa arasındakı fərq
Rəsmi London müstəmləkəsindən niyə imtina edib?
-
“Bu nifrət cinayətidir”
Şimali İrlandiya polisi müsəlmanlar əleyhinə olan plakatları yığışdırıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
-
PUA-larda süni intellekt
Alyans kvant texnologiyasına üstünlük verib
-
Milyarderlər gizli xəzinənin izində
300 milyardlıq sərvət üçün milyonlarla dollar xərclənir
-
Cinsi zorakılıq fotoları kolleksiyaçısı
Uşaq istismarında günahlandırılan məşhur aparıcıya həbs cəzası
-
“Qaydalar pozulub”
İngiltərədə 500 min funt-sterlinqlik qalmaqal
-
La-Manş boğazında faciələr bitmir
Qayığın batması nəticəsində 8 qanunsuz miqrant ölüb
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Moskvadan Londona casus ittihamı
Rusiya 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv edib
-
Londonda ictimai nəqliyyat sisteminə kiberhücum
5 min müştərinin şəxsi məlumatları və bank hesabları təhlükədə olub
-
Uzaq mənzilli silahlardan istifadə gündəmdədir
ABŞ 700 milyon dollar, Britaniya 600 milyon funt-sterlinq yardım edəcək
-
8 milyard funtluq sərmayə
“Amazon” Böyük Britaniya hökumətinə yaxşı başlanğıc üçün şans verdi
-
Şahzadə təqaüdlə dolanacaq?
Kral Çarlzın problem yaradan qardaşına səbri bitir
-
Əfqanıstanın London səfirliyi bağlandı
Səfirliyə 3 həftə, əməkdaşlara isə ölkəni tərk etmək üçün 3 ay vaxt verildi
-
Görünməmiş təhdidlərə qarşı-qarşıya
ABŞ və Böyük Britaniya kəşfiyyatı əməkdaşlığın vacibliyini qəbul edir
«The İndependent» qəzeti paltarları evdə qurutmağın sağlamlığa ziyanından yazır. Məqalədə deyilir ki, həyətyanı sahəsi, geniş pəncərə və heç olmasa kiçicik balkonu olmayanları necə qınayasan? Belələri otaqlarını camaşırxanaya çevirməyə məcburdurlar.
Britaniya kimi ölkələrdə isə hətta bağ-bağçan və ya balkonun olsa da, yağış, leysan paltar qurutmağa imkan vermir.
Bunlar başa düşüləndir, amma təəssüf ki, evdə paltar qurutmaqla biz sağlamlığımıza ziyan vururuq.
Hər halda İrlandiyanın Astma Cəmiyyəti belə bir xəbərdarlıq verib:
«Nəm mühitlərdə kif göbələkləri artır ki, bunlar da spor adlanan toxumlarını ətrafa tökürlər».
Cəmiyyətin üzvlərindən Fina Kenni (Pheena Kenny) deyir ki, sporlar bəzi adamlarda allergik reaksiyalara səbəb ola bilər. Kif və göbələk sporları adi gözlə görünmür.
Adətən insanlar belə sporları tənəffüslə udarkən immun sistemi onların öskürək və asqırıqla orqanizmdən xaric olunmasına kömək edir. Amma kif sporları ilə ümumiyyətlə qarşılaşmayan adamlarda heç bir reaksiya olmaya da bilər.
Kif sporları xüsusilə də astmalı xəstələr üçün təhlükəlidir. Bu sporlar xəstəliyi kəskinləşdirə bilər.
Kenni izah edir ki, «Aspergillus fumigatus» və ya «tüstülənən Aspergillus» sporları ağ ciyər infeksiyalarına səbəb olur.
Təhlükə təkcə astma xəstələrinə deyil. Bu sporlar yaşlılar, körpələr, uşaqlar, ekzemalı adamlar və immun sistemi zəif olanlar üçün də ciddi təhlükə törədə bilər.
Bu sporların yayılması üçün ən münbit vaxt yanvar və fevral aylarıdır. Lakin avqust və sentyabrda da sporlardan ehtiyatlı olmaq lazımdır.
Elə isə nə etməli?
Əgər paltarları bayırda qurutmaq mümkün deyildirsə, onda mənzildə bu məqsəd üçün ayrılmış otaq yataq otağından mümkün qədər uzaq olmalı və yaxşıca havalandırılmalıdır.
Kif və bar daha çox nəm və rütubətli yerlərdə - vanna otaqları, mətbəx və zirzəmilərdə əmələ gəlir. Əşyaların səthindən kifin təmizlənməsi üçün su, sirkə və sabun məhlulundan istifadə etmək olar.
Paltarlarınızı nəm şkaflara və rəflərə yığmayın.
Mənzilin pəncərələrini mümkün qədər çox açıq saxlamaq və otaqları havalandırmaq mühümdür.
Bu qaydaya xüsusilə də duş qəbul etdikdən, təmizlik işlərindən, xörək bişirdikdən və qabyuyandan istifadə etdikdən sonra riayət etmək vacibdir.