«Millət çaş-baş qalır»
Səttar Sevigin: «Bir şüarın nəticəsi yoxsa, sən o şüarı verməyəcəksən»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“QADINCA”
GünAz TV-də yeni veriliş başlayıb
-
Kəndli qiyamları
“Zenuz ağa” əhalisi travertin mədəninin yenidən işə başlamasına etiraz edir
-
Tehran divarlarında Abbas Lisani şüarları
İslamşəhrdə milli fəala azadlıq tələb olunur
-
Tozlu havada liftə minməyin fəsadları...
Küçələrə su səpmişəm,
Lift gələndə toz olmasın,
Elə qalxsın, elə ensin
Arada da söz olmasın
(Azərbaycan xalq mahnısına nəzirə)
-
Vahid təşkilata və liderə ehtiyac var ...
İddiamız imkanlarımıza uyğun deyil və ya ...
-
«Həmişə onlardan ummuşuq»
Məhsa Mehdili: « Biz nə yazıq ki, Güney Azərbaycan Milli Hərəkatı olaraq özümüzü o türklərə belə anlada bilməmişik»
-
... Rejim qadını necə sevə bilər?
Əgər bir cəmiyyətin özünə idealı saydığı şairi Firdovsi və lideri Xomeyni zəif cinsin nümayəndəsini beşinci sort varlıq sayırsa, ...
-
Qadının cəmiyyətdəki rolu
Bəzi ölkələrdə qadınların mübarizələri müsbət nəticələr verib
-
«Nəticə istədiyimiz kimi olmur»
Səttar Sevigin: «Təşkilatın olmaması hərəkatın şüarlarını boşa çıxarır»
-
«Erməni Güney Azərbaycan türklərinin adından danışır»
Yaxud erməninin panfarsçılığı
-
Səttar Sevigin Güney Azərbaycanda cərəyan edən milli hərəkatın arxasında təsirli bir təşkilatın mövcud olmaması səbəbilə hərəkatın ortaya qoyduğu şüarların boşa çıxdığını ifadə edir. İsveçdə yaşayan diaspor fəalı Amerikanın Səsinə müsahibədə güneydə təşkilatlanma problemi, eləcə də təsirli təşkilatların mövcud olmamasının mənfi nəticələrini şərh edib.
«Hər bir hərəkat mütləq arxasında olan bir təşkilatla hərəkət etməlidir. Kiçik ya böyük, qısa müddət ,ya uzun müddət, bir ya neçə hədəf istimaqətində hərəkət etmək üçün təşkilat olmalıdır. O hərəkat o təşkilatın gücündən asılı olaraq irəliləyə bilər,» deyə Səttar Sevigin söyləyir.
O əlavə edir, «biz təşkilatlarımızın bütün olmadığını, lazımi gücə sahib olmadığını görə bilirik. Təbii ki İranda mövcud olan diktatorluq və siyasi durum üzündən rəsmi təşkilatlar yarana bilmir. Amma hərəkat ölkə və bölgənin şəraitinə uyğun öz quruluşunu qoymalı və o əsasda hərəkət etməlidir».
Sevigin milli hərəkat çərçivəsində təbliğ edilən düşüncələrin təşkilatlar vasitəsilə deyil, ümumiyyətlə fərdi təşəbbüslər ilə ortaya qoyulduğunu önə çəkir:
«Mən daha çox şəxsləri, fəallarımızı görürəm. Fərdi şəkildə, ya bir neçə fəal bir araya gələrək bəyanatlar verir və fikirlər irəli sürürlər. İrəli sürülən fikirlər haqqında bir şey demirəm, amma ümumiyyətlə nəticə istədiyimiz kimi olmur».
O, əsas problemin təşkilatların bir-biri ilə əlaqə qurmasında deyil, əsasən təsirli bir təşkilatın mövcud olmamasında gördüyünü deyir.
«İlk problem təşkilatlar arasında dialoq məsələsi ilə bağlı deyil. Təşkilatların özlərinin güclü olmamasıdır... Bir təşkilat tək başına bir hərəkət edə bilsə, nə yaxşı, hərəkət etsin. Amma edə bilməsə başqa təşkilatlar ilə ortaq məxrəc tapıb onlarla hərəkət etməlidir. Bu da bizlərdə zəif görünür... Amma biz milli şüurun güclənməsini görə bilirik», deyə o bəyan edir.
Türk fəalın fikrincə, milli hərəkatın arxasında təsirli təşkilatların mövcud olmaması hərəkatın şüarlarının boşa çıxmasına yol verir.
«Misal üçün, seçkilərdə bir şüar verildi ki, prezident seçkilərinə qatılmırıq, amma şura seçkilərinə qatılırıq. Normal vətəndaş burada çaş-baş qalır. Bu nədir? Oraya gedib amma buraya getmirəm... Verdiyimiz şüar boşa gedir və insanlarımızın ruhiyyəsi ölə bilir. Sabah deyir ki, milli hərəkat belə bir şüar verdi, amma heç dəyəri olmadı. 40 milyon gedib səs verdi. Təbriz səs verdi. Yəni, bir şüarın nəticəsi yoxsa, sən o şüarı verməyəcəksən. Bu da bizim təşkilatımızın olmaması, durumu dəyərləndirə bilməməsi üzündən olur», deyə Səttar Sevigin əlavə edir.