vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
10:27 | 16 iyun 2017 | Cümə Məqaləyə 2069 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

London çətin sual qarşısında

Zəngin əcnəbilərin bahalı mülkləri evi yananlara verilə bilərmi?

MÖVZU İLƏ ƏLAQƏLİ

«The İndependent» qəzetinin oxucu rəyləri üzrə redaktoru Kristi Mayor (Kirsty Major) yazır ki, Londonun «Grenfell Tower» göydələnində baş vermiş dəhşətli yanğında evlərini itirənlər müvəqqəti olaraq idman mərkəzində yerləşdiriliblər.

Onların döşəmə üstündə yata bilmələri üçün yorğan-döşək paylanıb, lakin elə yanan binanın bir addımlığında, Londonun 1399 mülkündə heç kim yaşamır. Pəncərələri pərdəli, qapıları qıfıllı bu evlər 664 milyon funt dəyərində «yatan investisiyadır». Bu mənzillərdən heç birini evi yanan ailələrə təklif etməyiblər…

Əksinə, yazır müəllif, bu bahalı mülklərin belə yaxınlıqda yerləşməsi o deməkdir ki, evləri yananlara təzə mənzillərini dəbdəbəli Kensinqton və Çelsi rayonundan kənarda, ucqarlarda verəcəklər. Beləliklə, bu adamlar evlərini iki dəfə itirmiş olacaqlar.

Məqalədə deyilir ki, London dünyada evlərinə dəyərindən çox şişirdilmiş qiymət qoyulan şəhərlərindən biridir. Bu ona görə belədir ki, burada ev alanlar onu gələcək investisiya kimi nəzərdə tuturlar. Evləri alırlar və onlar əsasən boş qalır.

Hazırkı şişirdilmiş qiymətlərə görə Kensinqton və Çelsi rayonunda adi bir mülk orta hesabla 4.3 milyon funt sterlinqədir.

Təbiidir ki, sosial təminat sistemi ehtiyacı olanlara bu bahalıqda mülkləri verə bilməz. Halbuki dəbdəbəli rayonda 1970-ci illərdə tikilmiş həmin yanan binada mənzillərini sosial təminat sistemindən alanlar yaşayırdılar.

Əksinə Londonun mərkəzindəki bu rayonun sosial-təminat sisteminin balansında olan evlər sürətlə zənginlərə satılır, evə ehtiyacı olan imkansızlar isə şəhərin ucqarlarına yerləşdirilir.

Təsadüfi deyildir ki, proqnozlara görə Kensinqton rayonundakı evlərin 97 faizi yaxın aylarda zəngin müştərilərə satılacaq.

Məqalənin sonunda jurnalist sual edir: «Yüzlərlə evsiz sakinlə üzləşən yerli icra hakimiyyəti indi nə edəcək? Onları bu hədsiz kədərli vaxtlarında dostlarından və ailələrindən ayırıb ucqarlara göndərəcək, yoxsa həmin o boş, investisiya üçün alınmış mülkləri onlara yeni ev edəcək?..»