vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:38 | 16 iyun 2017 | Cümə Məqaləyə 2423 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Amerikalı general Azərbaycana təşəkkür etdi

Cozef Danford Bakının Əfqanıstanla bağlı fəaliyyətindən razıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinin rəhbəri, general Cozef Danford ABŞ Konqresinin Nümayəndələr Palatasında Müdafiə Nazirliyinin büdcəsi barədə dinləmələr zamanı ABŞ-ın Əfqanıstandakı əməliyyatlarında Azərbaycanın böyük rolunu qeyd edib. Bu barədə Pentaqon məlumat verib.

Deputatlardan birinin Əfqanıstandakı əməliyyatlarda ABŞ-ın müttəfiqi kimi Azərbaycanın rolu barədə sualına cavab verən C.Danford qeyd edib ki, fevral ayında o, Azərbaycana səfər edib və burada ölkə rəhbərliyi ilə görüşüb.

O, Əfqanıstana göstərilən köməyə görə Azərbaycana minnətdarlığını bildirib və ABŞ-ın əməliyyatları üçün Azərbaycandan keçən marşrutun vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bu gün Vaşinqton Əfqanıstanda əməliyyatların həyata keçirilməsi üçün Azərbaycandan keçən marşrutun genişləndirilməsinə ehtiyac duymur.