19:26 | 9 yanvar 2014 | Cümə axşamı
Məqaləyə 2102 dəfə baxılıb
Şriftin ölçüsü
DYP mərkəzdə reydlərə başladı
Avtomobilləri dayanacaqlara «qovurlar»
Bakı Yol Polisi İdarəsi şəhərin mərkəzində reydlərə başlayıb. «Trend» bildirir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.
V.Əsədov deyib ki, bu gün Bakı şəhərinin mərkəzi ərazilərində - Nizami, Üzeyir Hacıbəyov, Rəsul Rza, Rəşid Behbudov küçələri, Bülbül prospektlərində dayanma, durma və parklanmanı qadağan edən nişanların təsir zonasında park edilən avtomobillərin sürücülərinə qarşı reyd keçirilib.
Onun sözlərinə görə, bu gün 100-dən artıq avtomobilin sürücüsü inzibati məsuliyyətə cəlb edilib.
V.Əsədov qeyd edib ki, bu cür reydlər intensiv aparılacaq: "Ona görə də sürücülərdən bir daha xahiş edirik ki, şəhərdəki avtomobil dayanacaqlarından istifadə etsinlər. Əks halda inzibati məsuliyyətə cəlb ediləcəklər».