vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
12:02 | 18 iyun 2017 | Bazar Məqaləyə 2677 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

1750 PKK-çı və 12 cəsəd?

«Ermənistan Qarabağda 12 PKK düşərgəsi yaradıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbəy növbəti dəfə Ermənistanın terror təşkilatları ilə işbirliyinə dair sensasion iddia irəli sürüb.

Virtualaz.org «Akşam» qəzetinə istinadən xəbər verir ki, Göksel Gülbəy bu dəfə Ermənistanın işğal etdiyi Qarabağda 12 PKK düşərgəsi yaratdığını və həmin düşərgələrdə 1750 PKK yaraqlısı yerləşdirildiyini bildirir.

ASİMDER başqanı deyir ki, erməni gənclər artıq işğal altındakı Azərbaycan ərazilərində hərbi xidmət keçmək və ölmək istəmir. Nəticədə Avropaya və Rusiyaya qaçıb gedirlər. «Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə Ermənistan İranda qeyri-leqal yaşayan əfqan mühacirlərə gözünü dikib. Ermənistan maddi sıxıntı içərisində yaşayan əfqan mühacirlərin və PKK-çıların içərisindən özünə muzdlu əsgərlər tutur»- dərnək başqanı bildirib.

Gülbəyin sözlərinə görə, Suriyaya dəstək üçün 400-ə qədər PKK-çı Ermənistana gəlib. «Azərbaycanın ölü olaraq ələ keçirdiyi uniformalı 12 cəsəd var. Üzərilərində erməni uniforması var, amma Ermənistan bunları qəbul etmir. Bax bunlar PKK-dan gələn muzdlu əsgərlərdir», - uydurma erməni iddialarına qarşı mübarizəni öz bildiyi kimi aparan ASİMDER başqanı bildirib.