vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
14:23 | 18 iyun 2017 | Bazar Məqaləyə 1991 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İraq ordusu qədim şəhərə hücum edir

Mosul uğrunda hərbi əməliyyatlar 9 ayıdır davam edir

MÖVZU İLƏ ƏLAQƏLİ

İraq ordusu Mosul şəhərində özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran silahlı qruplaşmanın nəzarətində olan sonuncu rayona - qədim şəhərə - hücum etdiklərini bildiriblər.

Xüsusi qüvvələr rayona qərbdən, federal polis isə cənubdan irəliləyir, bəyanatda deyilib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) qədim şəhərdə 100 minə qədər dinc əhali sıxışıb qalmış ola bilər.

Onlara ərazini tərk etməyə tövsiyə edilib.

Son iki həftə ərzində qərbi Mosulda təxminən 230 dinc sakin öldürülüb, BMT bildirib. Bu ölümlərin bəziləri hava zərbələrindən, digərləri isə İŞİD nəzarətində olan rayonlardan qaçmağa cəhd edən sakinlərin İD snayper atəşindən nəticələnib.

İraq qüvvələri BBC-ə qədim şəhərdə neçə İŞİD döyüşçüsünün qaldığını bilmədiklərini deyiblər.

Rayondan çıxmağa imkanı olan sakinlər qədim şəhərdə vəziyyətin gərgin olduğunu və ərzaq və suyun tükəndiyini bildiriblər.

ABŞ-ın dəstəklədiyi Mosulu ələ keçirməyə yönələn hərbi əməliyyat artıq 9-cu ayındadır. İraq qüvvələri ölkənin 2-ci şəhəri sayılan Mosulun şərq rayonlarını keçən ilin oktyabr ayında ələ keçirib.

Əməliyyatda ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələrinin dəstəyi ilə quruda döyüşən İraq təhlükəsizlik qüvvələri, kürd peşmərgə, sünni ərəb tayfalar və şiə silahlı qruplaşmalar iştirak edir.

İD İraq ordusu məğlub edərək Mosulu 2014-cü ilin iyun ayında ələ keçirib. Bundan sonra İD nəzarətində olan ərazilərdə xəlifəlik elan etdi.