vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
12:04 | 20 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 2001 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Merkelin «ürəyi yumşalıb»

«Britaniyalıların arzu və gözləntilərinə diqqət və qayğı ilə yanaşmaq lazımdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Express» qəzeti yazır ki, Almaniya kansleri, zəhmli Angela Merkelin, nəhayət britaniyalılara ürəyi yumşalıb. London və Brüssel arasında Britaniyanın Avropa İttifaqından çıxmasına dair danışıqların ilk günündə Almaniya başçısı deyib ki, «britaniyalıların arzu və gözləntilərinə diqqət və qayğı ilə yanaşmaq lazımdır».

Xanım Merkel Britaniyada keçirilmiş Avropa referendumundan sonra Londona qarşı ən sərt mövqe tutan ölkə başçısı kimi tanınırdı.

Bu ilin əvvəllərində Angela Merkel demişdi ki, Avropa bundan sonra Birləşmiş Ştatlar və Britaniyaya güvənə bilməz və öz taleyini öz əlinə almalıdır.

Lakin bazar ertəsi 62 yaşlı kansler Rumıniya prezidenti Klaus Cohanislə (Klaus Iohannis) birgə keçirdiyi mətbuat konfransında deyib ki, Avropa İttifaqının 27 üzvü onun sıralarını tərk edən Britaniyaya diqqətlə qulaq asmalıdır.

O bildirib ki, Britaniya ilə yaxşı danışıqlar və yaxşı saziş Avropanın da xeyrinədir. Bununla belə xanım Merkel məsələnin xırdalıqlarına varmayıb.

Merkel deyib ki, o bütün tərəflər üçün sərfəli sazişin əldə olunmasını istəyir.

Bu arada Aİ-nin başqa üzv ölkələri də baş nazir Tereza Meyə (Theresa May) «yumşaq boşanma» üçün imkan verilməsinə tərəfdar çıxıblar.

Almaniyanın xarici işlər naziri Siqmar Qabriel (Sigmar Gabriel) deyib ki, Avropa, Londona Avropa Məhkəməsinin yurisdiksiyasından çıxış verilməsi də daxil bir sıra ciddi kompromislərə hazırdır.

O deyib ki, «yumşaq «Brexit»ə» hələ də ümid var.

Bazar ertəsi Britaniyanın «Brexit» naziri Deyvid Deyvis (David Davis) və Avropa rəsmisi Mişel Barnier (Michel Barnier) arasında danışıqlar başlanıb.