vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ENERGETİKA  
10:39 | 10 yanvar 2014 | Cümə Məqaləyə 2626 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft ixracında eniş

Keçən illə müqayisədə 0,3 faiz azalaraq...

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən ilin dekabr ayı ərzində 2,1 mln. ton həcmində Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu, 2012-ci ilin dekabr ayı ilə müqayisədə 16 faiz azdır. Bu həcmin 1,5 mln. tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.
Ötən il ərzində isə Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi daha əvvəlki illə müqayisədə 0,3 faiz azalaraq 29,2 mln. ton olub.
Ümumiyyətlə, Bakı-Tiflis-Ceyhan boru kəməri istismara verilən gündən bu ilin yanvarın 1-dək Ceyhan limanından 232,8 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.