vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
22:11 | 20 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 2109 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Niyə bu neft quyusu «dünyada ilk» hesab edilir?

1900-cü illərə qədər dünya neftinin yarısını Azərbaycan təmin edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bütün dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusunun ABŞ-ın Pennsilvaniya ştatında olduğu deyilsə də, Azərbaycan bu tipli ilk quyunun məhz öz ərazisində qazıldığını bildirir.

Bu ilin aprelində Bibiheybət mədəninin ərazisində 1846-cı ildə dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusu bərpa edilib.

Muzey mütəxəssisi Aygül Şamçıyeva deyir ki, Azərbaycanda bu quyu ABŞ-dan 13 il əvvəl qazılıb.

Dünyada daha çox ABŞ-da qazılan quyunun tanınmasının səbəbini isə o belə izah edir:

«Amerikadakı quyudan sənaye həcmində neft aşkar olunub, Bakıda isə 21 metr dərinliyindən neft aşkar olunsa da həcmi çox az idi. Ona görə bu üsula çox diqqət etmədilər. Əl üsulu ilə işləməyə davam etdilər və illər sonra yenidən bu üsula qayıtdılar».

Xanım Şamçıyeva bərpa edilmiş quyunun artıq turistlərin ziyarət etdiyi məkana çevrildiyini də qeyd edir.

Azərbaycanda sənaye üsulu ilə neft hasilatına XIX əsrin ortalarından başlanılıb.

1900-cü illərə qədər Azərbaycan dünya neftinin 50 faizini təmin edib.