«Jurnalistlərin dostu» qayıdır
Media nümayəndələri seçim edəcək
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İlham Əliyev dövlətçiliyin keşiyində, ...
... antimilli qruplar isə hakimiyyət eşqində
-
Mütaliə və kitablar arasında istirahət
Bakı Kitab Mərkəzində təqdimat keçirilib
-
Son 5 gün
Mətbuat Şurası prezident seçkisi ilə bağlı araşdırma aparacaq
-
«Uzun şərhə ehtiyac yoxdu»
«Siyasi baxımdan perspektivli yanaşmadır və müsbət də qarşılanır»
«Ruh» Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin təsis etdiyi «Jurnalistlərin dostu» seçimi necə deyərlər yenidən qayıdır. Mükafata sonuncu dəfə 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyev layiq görülmüşdü. Ödül 7 il aradan sonra növbəti dəfə jurnlastlərin seçimi nəticəsində qalib olacaq şəxsə təqdim ediləcək. Onu da xatırladaq ki, bu mükafatın yaranmasından bəri ikinci fasilədir. Birinci dəfəki fasilə 6 il (2003-2009) sürmüşdü.
Azərbaycan Mətbuat Şurası və «Ruh» Jurnalistlərin Müdafiəsi İctimai Birliyi 2017-ci ildə «Jurnalistlərin dostu» mükafatının təqdimatı üçün iyunun 20-dən iyulun 15-ə kimi kütləvi informasiya vasitələri arasında sorğu elan edir. Bu məqsədlə MŞ tərəfindən müvafiq işçi qrupu yaradılıb.
VAXT.AZ xəbər verir ki, mükafatın laureatını ölkənin tanınan, ictimai fikrə təsir göstərən televiziya, radio, qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu və jurnalist təşkilatlarının nümayəndələri müəyyənləşdirəcəklər.
Mətbuat Şurası sorğuda iştirak edəcək KİV-lərə müvafiq anketləri təqdim edəcək. Anketlər iyulun 15-dək cavablandırılmalı və Mətbuat Şurasına təqdim olunmalıdır. İyulun 15-dən 20-dək cavablar öyrəniləcək və sorğunun qalibi müəyyən ediləcəkdir. Mükafatın laureatının adı iyulun 22-i Milli Mətbuat Günü açıqlanacaq.
Qeyd edək ki, «Jurnalistlərin dostu» mükafatı 1998-ci ildə «RUH» Azərbaycan Jurnalistlərinin Müdafiəsi Komitəsi (hazırkı «Ruh» Jurnalistlərin Müdafiəsi ictimai birliyi) tərəfindən təsis edilib. Mükafatın təsis edilməsində məqsəd cəmiyyətdə söz və məlumat azadlığını təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır.