SOCAR-a satılmayan şirkəti alan yoxdur
Yunanıstan qaz operatoru ilə bağlı yenidən tender elan edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
250 min sərmayəyə “qızıl viza”
Yunanıstan hökuməti kirayə ev sahiblərinə 3 illik vergi azadlığı vəd edib
-
Ciddi təhlükə ilə üz-üzə
Görənlər dəhşətə gəlib, 100 tondan çox ...
-
Bu il yanğınların sayı 50 faiz artıb
Nazir fəlakətlərə görə iqlim dəyişikliyini səbəb göstərir
-
Minlərlə ölü balıq dənizi bürüdü
Yunanıstan sahillərində görünməmiş təbii fəlakət
-
“Vaqner” qrupuna aid vəsiqə
Motosiklet qəzasına düşən digər rusiyalının üzərindən isə tapança çıxıb
-
Əsrin sonunda Avropa cəhənnəmə dönəcək
Həddindən artıq istilər səbəbindən ölümlər 5 dəfə artacaq
-
AB-dən özünütənqid hesabatı
“Sərhədlərində miqrantlara qarşı insan haqları pozuntusu faktları effektiv şəkildə araşdırılmır”
-
Yanan da yunan, yaman da
72 yaşlı qocaya 37 ay həbs cəzası verilib
-
Yunanıstan Kiprdə dəniz bazası tikəcək
İki müdafiə naziri razılığa gəlib
-
Moskva Afinaya qəzəblidir
Yunanıstan “F-16”lar üçün yeni formul tapıb
-
Bir həftədə 7 nəfər ölüb
Yunanıstanda “Covid-19” həyəcanı
-
“S-400”ə qarşı “Brahmos”
Yunanlar tüfəngin qarşısını sapandla almaq istəyir
-
Yunanıstan “bişir”
“Afrika tozu” isti küləklərlə bərabər zəhərli hava da gətirir
-
Ərini günahlandırdı
Qətər isə yunan millət vəkilinə rüşvət verilməsi barədə iddiaları yalanladı
Yunanıstan, ölkənin qaz operatoru DESFA-nın səhmlərinin satılması ilə bağlı yenidən tender elan edib, özəlləşdirmə agentliyi məlumat yayıb.
Yunanıstan, ölkənin maliyyə problemləri fonunda xarici kreditorlarla bağladığı müqaviləyə əsasən qaz operatorunun səhmlərinin 66 faizini satmalıdır.
2013-cü ildə DESFA-nın səhmləri Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) 400 milyon avroya satılıb. Hərçənd noyabr ayında rəsmi Afinanın şirkətin tariflərini SOCAR-ın gözlədiyindən çox artırması narazılıqlar yaradıb.
Noyabrın 30-da Yunanıstanın Enerji Nazirliyi SOCAR-SNAM konsorsiumunun səhmlərin məbləğini hissə-hissə ödəmək təklifini «qanunazidd olduğu üçün» rədd edib.
Bundan əvvəl, SOCAR bütün səhmləri alsa da, Avropa Komissiyasının müdaxiləsindən sonra dövlət neft şirkətinə səhmlərin yalnız 49-50 faizinin satılması təklif edilib. Qalan faizlər üçün isə Azərbaycan şirkəti İtaliyanın SNAM şirkəti ilə konsorsium yaradıb.
Enerji üzrə təhlilçi İlham Şaban BBC Azərbaycancaya Yunanıstan hökumətinin yeni qərarı ilə bağlı bildirib ki, 2015-ci ildən hakimiyyətdə olan Alexis Tsipras hökuməti «daha çox mənfəət» əldə etmək üçün əvvəlki şərtləri dəyişdirib.
«Həmin şərtlər daxilində SOCAR-ın mənfəət əldə etməsi kommersiya baxımından əlverişli deyildi»- deyən cənab Şaban əlavə edib ki, buna baxmayaraq, SOCAR üç aydan çox Yunanıstanla həm diplomatik, həm də biznes dairələrində müzakirələr aparıb.
«Amma rəsmi Afina öz şərtlərini dəyişməyib», o bildirib.
Agentlik İtaliyanın SNAM şirkətinin səhmləri almaqda maraqlı olduğunu da bildirib.
Azərbaycanın yenidən bu şirkəti almaq istəyi hələlik bəlli olmasa da, təhlilçi hesab edir ki, hazırda aşağı düşən qaz qiymətləri də nəzərə alınmalıdır.
Çünki «yaxın gələcəkdə qiymətlərdə ciddi yüksəliş siqnallarının olmayacağı proqnozlaşdırır».
Azərbaycanın bu şirkəti almaqda məqsədi, qazın nəinki topdansatış, həmçinin Avropada qaz paylayıcı roluna malik olması idi, cənab Şaban bildirir.
«Səhmlərin satış prosesi ilin sonuna kimi başa çatmalıdır», «Reuters» yazır.