vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ENERGETİKA  
20:58 | 10 iyul 2017 | Bazar ertəsi Məqaləyə 2366 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«2,6 trilyon kubmetrdir qaz ehtiyyatımız var»

Prezident: ««Şahdəniz-2» layihəsinin icrası yaxında tam başa çatacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dünya miqyasında ən böyük qaz yataqlarından biri olan və Azərbaycana məxsus «Şahdəniz» 1-1,2 trln. kubmetr ehtiyata malikdir». APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, yataq bu gün «Cənub Qaz Dəhlizi» layihəsinin resurs bazasının əsasını təşkil edir. Prezidentin sözlərinə görə, bu gün Azərbaycan neft-qaz hasil və ixrac edən ölkəyə çevrilib.

«Azərbaycan dünya bazarlarına çıxış əldə etmək üçün neft-qaz kəmərləri tikməli idi, çünki dünya bazarlarına birbaşa çıxışı yoxdur. Bu məqsədlə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilib. Ondan bir neçə il əvvəl Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. Beləliklə, Azərbaycanın təbii ehtiyatlarını dünya bazarına çıxarmaq üçün kifayət qədər böyük şəbəkə yaradılıb. 2006-cı ildə Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında qardaşım Rəcəb Tayyib Ərdoğanla bir yerdə iştirak edirdik. O vaxt da biz gələcək planlar barədə düşünür, fikir mübadiləsi aparırdıq. O vaxtdan bu günə qədər bizim bütün planlarımız reallığa çevrildi. Bu gün «Cənub Qaz Dəhlizi» kimi nəhəng layihənin üzərində çalışırıq. Onun da təməli İstanbulda qoyulub. 2012-ci ildə qardaşım Ərdoğanla TANAP layihəsi barədə anlaşma imzaladıq. TANAP layihəsi «Cənub Qaz Dəhlizi» layihəsinin özəyidir. Bu gün «Cənub Qaz Dəhlizi» layihəsi uğurla icra edilir», - deyə ölkə başçısı qeyd edib.

Prezident nəzərə çatdırıb ki, «Cənub Qaz Dəhlizi» layihəsi 4 komponentdən ibarətdir: «Birinci hissə «Şahdəniz» qaz yatağıdır. «Şahdəniz-2» layihəsinin icrası 93%-ə çatıb, yaxın aylarda isə tam başa çatacaq. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz Boru Kəməridir. Burada da işlər 87% səviyyədə tamamlanıb. Üçüncü, ən əsas olan TANAP-da tamamlanma səviyyəsi 77 faizdir. Gələn il bu layihəni istismara verməyi planlaşdırırıq. Nəhayət, dördüncü hissə TAP layihəsidir ki, burada da icra səviyyəsi 44% səviyyəsindədir. «Cənub Qaz Dəhlizi»nin icrası üçün 40 milyard dollar sərmayə tələb olunur, artıq bu sərmayənin böyük hissəsi qoyulub».

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trln. kubmetrdir: «Gələcək on illiklər ərzində Azərbaycan qazı həm region, həm də Avropa ölkələrinin tələbatını ödəyəcək. «Cənub Qaz Dəhlizi»nin icrasında 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. 3 Balkan ölkəsi də gələcəkdə bu layihəyə qoşula bilər. Gələcəkdə bu layihənin coğrafiyasını genişləndirəcəyik, çünki bu layihə hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Layihənin icrası göstərir ki, burada iştirak edən bütün şirkətlər və ölkələr qazanc əldə edir. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçı ölkə - Azərbaycan, həm tranzit, həm də istehlakçı ölkələr burada ortaq maraqlar əsasında çalışır. Məhz maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Texniki, iqtisadi, maliyyə, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, «Cənub Qaz Dəhlizi» layihəsi uğurla icra ediləcək, Azərbaycan bundan sonra uzun illər həm bölgə, həm də Avropa ölkələrini qazla təmin edəcək. Bu gün qaz amili dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərtdir. Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verməkdədir. Eyni zamanda Azərbaycan qazı Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir. Çünki bütün qalan qaz mənbələri fəaliyyətdədir. Yeni mənbə yeni xətlə Avropa bazarlarına çıxarılacaq. Bu da enerji şaxələndirilməsi istiqamətində ciddi addımdır».