Jurnalistlərə mənzillərin veriləcəyi gün açıqlandı
Vüqar Səfərli: «Müraciətlərin sayı isə 2 mindən çox idi»
Zülfiyyə QULUYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Yaxın 3 ildə istifadəyə veriləcək»
Vüqar Səfərli jurnalistlərin yeni binasından danışdı
-
«Orda da 255 mənzil olacaq»
Vüqar Səfərli üçüncü binadan danışdı
-
«Prezident ciddi tapşırıq verib»
Vüqar Səfərli: «İlkin olaraq mənzillərin veriləcəyi 255 KİV əməkdaşının adı müəyyənləşib»
-
AŞ nümayəndə heyəti KİVDF-də
İcraçı direktor Vüqar Səfərli fondun fəaliyyətli ilə bağlı avropalıları məlumatlandırıb
-
Hansı saytlara pul ayrılacaq?
Vüqar Səfərli meyarları açıqladı
-
«Dövlətimizin imkanları artdıqca, ...»
Əli Həsənov: «Heydər Əliyev özünü tənzimləyən medianın təməlini qoydu»
-
Əflatun Amaşov ad çəkdi
Mətbuat Şurasının sədri dezinformasiya yayan saytları açıqladı - SİYAHI
-
Jurnalistlər üçün inşa olunan bina iyul ayının 21-də sahiblərinə təqdim ediləcək. Movqe.az-ın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib. V.Səfərli bildirib ki, artıq 255 mənzilin sahiblərinin siyahısı bəllidir.
Mənzillər iyul ayının 21-də təqdim ediləcək. V.Səfərli mənzillərin paylanması məsələsində şəffaflığın təmin edilməsi üçün komissiya yaradıldığını, həm Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, həm də Prezident Administrasiyasına ümumilikdən 2 mindən çox sənəd qəbul olunduğunu deyib: «Bunlardan 1000-ə yaxın sənəd təkrarlanan sənədlər idi. Eyni zamanda mətbuata aidiyyəti olmayan insanların da müraciətləri var idi. Qalan 1000 müraciət seleksiya olunub, 255 nəfər müəyyənləşdirilib. İyulun 21-də binanın açılışı olacaq və mənzil veriləcək şəxslərin adı da həmin gün elan olunacaq. Siyahı hərtərəflidir, istər elektron media, istər televiziyalar, radiolar, istər qəzetlər, portallar, saytlar hamısı əhatə olunub. Ötən dəfədən fərqli olaraq bu dəfə veteran jurnalistlərin də adı siyahıya salınıb».
V.Səfərli nəticədən razı olmayan jurnalistlərin şikayəti ilə bağlı məsələyə də münasibət bildirib. «Hamı hesab edir ki, ev almağa layiqdir. Lakin ev sayı 255, müraciətlərin sayı isə 2 mindən çoxdur. Ona görə də məsələ tam şəffaf şəkildə araşdırılaraq, jurnalistlərin xidmətləri, stajları, bir sözlə, bütün şərtlər nəzərə alınaraq seçim edilib. Bilirsiniz ki, kriteriyalarda 3 il fasiləsiz iş stajının olmasını qeyd eləmişdik. Lakin komissiyada baxdıq ki, bu məsələ narazılıq yaradır. Ona görə də biz bu şərti ancaq redaksiya və televiziyalarda işləyən jurnalistlərə şamil etdik ki, qalan jurnalistlər də fərdi qaydada müraciət edə bilsinlər».