vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
17:58 | 14 iyul 2017 | Cümə Məqaləyə 2219 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jirinovski İrəvana inanmır

«Ermənistanı birləşmiş qruplaşmanın komandanlığına buraxmaq olmaz!»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Rusiya Dövlət Dumasının iclasında Rusiya Liberalı-Demokrat Partiyası (RLDP) fraksiyasının lideri Vladimir Jirinovski Rusiya və Ermənistan birgə qoşun qruplaşması barədə sazişin ratifikasiyası məsələsi üzrə müzakirələrin gedişində bildirib ki, erməni zabitləri qruplaşmanın komandanlığına buraxılmamalıdır.

Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı Rusiya Dövlət Dumasındakı mənbə verib.

RLDP lideri Vladimir Jirinovski əmindir ki, Rusiya ərazisindən kənarda birləşmiş qoşun qruplaşmalarının və hərbi bazaların birgə idarə edilməsi yolverilməzdir.

Xatırladaq ki, bu gün RF Dövlət Duması Rusiya və Ermənistan birgə qoşun qruplaşması barədə sazişi ratifikasiya edib. Saziş 2016-cı ildə 5 il müddətinə avtomatik uzadılma şərti ilə bağlanıb və Rusiya ilə Ermənistan arasında ümumi müdafiə və təhlükəsizlik fəzasının formalaşdırılmasının beynəlxalq hüquqi əsaslarının müəyyənləşdirilməsinə yönəldilib.

Vladimir Jirinovski hesab edir ki, RF və Ermənistan birləşmiş qoşun qruplaşması müstəsna olaraq Rusiya komandanlığı altında olmalıdır.

«Bütün hərbi bazalar və birləşmiş qoşunlar qruplaşmaları üzərində komandanlıq yalnız müdafiə nazirinin baş qərargahının və bizim ali baş komandanın əlində olmalıdır», - Vladimir Volfoviç deyib.

Rusiyalı deputatın sözlərinə görə, birgə komandanlıq gözlənilməz mənfi nəticələrə gətirib çıxara bilər.

«Bizim xəbərimiz olmadan hansısa hərbi əməliyyatlara başlayacaqlar və biz avtomatik olaraq həmin əməliyyata qoşulmalı olacağıq», - Vladimir Jirinovski öz mövqeyini izah edib.