Rusiya tankları ilə Avropanı «əzə» bilər
Almaniya, Fransa, İtaliya ordularında isə cəmi 300 zirehli var, Rusiyada isə ...
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
London sanksiyalar hazırlayır
Britaniya tanker insidentini cavabsız qoymayacaq
-
Rusiya yüzlərlə T-90 tankını hara göndərir...?
«Sanballı müqavilədir, konkret məbləği açıqlaya bilmərəm, lakin miqdar çox böyükdür»
-
İrəvanda T-90S təşvişi
Rusiya-Azərbaycan hərbi əməkdaşlığı Ermənistanda həyəcan doğurub
-
Ordu hazır vəziyyətə gətirildi
60 min əsgər, 50-dən çox təyyarə və helikopter «Döyüşə!» əmri gözləyir
-
«Putin tankı» kimləri və niyə qorxuya saldı...
London hökuməti yaxın 20 ildə T-14 «Armata» tipli texnikaya nail ola bilməyəcək
-
Tank əsgəri tapdaladı
Ani diqqətsizlik faciə ilə nəticələndi
-
NATO tankları Rusiyaya yönələcək?
Almaniyaya gətirilən tanklarla Qara dənizdəki hərbi gəmi arasında əlaqələr var
-
Tanklar - cəbhəyə!!!
Azərbaycanın Ermənistanla sərhəd yaşayış məntəqələrindən yeni köçkün axını başlaya bilər...
Son on illikdə ABŞ-da tank istehsalı aşağı səviyyəyə düşüb. Ölkədə tank istehsal edən yeganə müəssisə Ohayo ştatındakı Lima zavodudur. Bu zavod ildə cəmi 12 «Abrams» tankı buraxır.
Lakin Rusiya Avropadakı qoşunlarını yeni nəsil tanklarla təchiz etmək niyyətindədir və onlar Amerikanın müvafiq texnikalarından daha dözümlüdür.
Modern.az saytı Amerikanın nüfuzlu «The National İnterest» nəşrinə istinadən bildirir ki, bu, ABŞ-ın quru qoşunlarında ağır zirehli tank texnikası sahəsində böhranın başlanmasıdır.
ABŞ Konqresi ölkədə tank istehsalının artımı ilə bağlı tədbirlər görmək istəsə də, bunun yüksək səviyyəyə qaldırılması üçün hələ çox vaxt lazımdır.
«Bu templə Amerika uduza bilər – bizim qoşunlarda modernləşdirilmiş tankların olması üçün vaxt lazımdır. Rusiya isə öz regionunda zirehli vasitələrin sayında üstünlüyə malikdir. ABŞ-ın müttəfiqləri olan Almaniya, Fransa, İtaliya ordularında isə cəmi 300 tank var. Rusiyada isə bu tankların sayı minlərlədir» nəşr belə yazıb.
O da bildirilib ki, Rusiya Qərb istiqamətində tank atışında gözlənilməz taktiki üstünlüyə malikdir.
Nəşr belə bir tezis irəli sürüb ki, siyasətçilər bir şey haqda fikirləşməlidirlər: Amerika Avropada yerüstü müharibədə məğlub ola bilər.