vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MEDİA-QHT  
11:01 | 18 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 2662 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dost özbək xalqının dəstəyi ...»

Özbəkistanın yazar-jurnalistləri Mətbuat Şurasında olublar

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Özbəkistanın Bakıda səfərdə olan yazar və jurnalistlərindən ibarət nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub. Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, Şura medianın özünütənzimləməsini həyata keçirən qurumdur və sıralarında ölkənin aparıcı kütləvi informasiya vasitələrini və jurnalist təşkilatlarını birləşdirir. Qurumun başlıca missiyası isə media fəaliyyəti ilə bağlı vətəndaş qruplarından daxil olan şikayətlərin araşdırılması, qərar və rəylərin çıxarılmasıdır.

MŞ sədri Azərbaycanda KİV-lərin durumu ilə bağlı da məlumat verərək qeyd edib ki, 1998-ci ildə senzuranın aradan qaldırılmasından sonra qəzet, jurnal və informasiya agentliklərinin sayı aradan qalxıb. Bundan sonra qanunvericilik təkmilləşdi, jurnalistlərin sosial müdafiəsi tədbirlərinə diqqət ayrılıb.

Azərbaycanda KİV-ə sistemli dövlət dəstəyinin mövcudluğundan söz açan MŞ sədri medianın iqtisadi bazasının möhkəmləndirilməsinə ehtiyacın duyulduğunu da dilə gətirib, mövcud istiqamətdə beynəlxalq təcrübənin nəzərdən keçirildiyini və tətbiqi imkanlarının ciddi şəkildə araşdırıldığını vurğulayıb.

Ə.Amaşov həmçinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın torpaqlarının işğalı faktına da diqqət yetirib. O bildirib ki, 20 ildən artıqdır davam edən erməni işğalı 1 milyondan artıq Azərbaycan vətəndaşını öz doğma yurd-yuvasından didərgin salıb. «Mən istərdim ki, siz Özbəkistan jurnalistləri, ölkənizin ziyalıları bu məsələyə həssas yanaşasınız. Qarabağ həqiqətlərini Özbəkistanda təbliğ edəsiniz. Hesab edirəm ki, bu, dost özbək xalqının dəstəyi olar, həm də biz jurnalistlər arasında həmrəyliyi möhkəmləndirər», - deyə o vurğulayıb.

Özbəkistanın yazar və jurnalistlərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati dəstəyi ilə geçəkləşməkdədir. Məqsəd özbək mediası vasitəsilə bu ölkənin ictimaiyyətini Azərbaycan və onun regionları, ictimai həyatı, mədəniyyəti, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə daha geniş məlumatlandırmaq, habelə Özbəkistan və Azərbaycan mətbuatı arasında birbaşa əlaqələrin yaradılmasına, ikitərəfli münasibətlərin inkişafına dəstək olmaqdır.

Onu da bildiririk ki, nümayəndə heyətinin tərkibinə Özbəkistanın tanınmış yazar-jurnalisti, aparıcı «Dərəxçi» xəbər saytının baş redaktoru Rüstəm Cabbarov, «Uzbekistantoday» (ut.uz) İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Dilbar Babacanova, ən çox oxunan «kun.uz» xəbər saytının jurnalisti Lola Raxmanbayeva, Özbəkistanın aparıcı «1news.uz» xəbər saytının baş redaktoru Şuxratjon Oripov, «kultura.uz» saytının baş redaktoru Boris Babayev, Özbəkistan Dövlət Televiziyasının jurnalisti Elmira Tukhtavatulina, Özbəkistanın «102 FM» radiosunun jurnalisti, xəbər saytların muxbiri Rimma Sabircanova, Özbəkistanın «Ailəvi kanalı»nın jurnalisti Gulya Safayeva, o cümlədən, tarixçi – alim Şuxrat Salamov, Özbək şairə, yazıçı Şəhla Qasımova və Özbəkistanın aparıcı xəbər saytlarının şərhçisi Abduvali Soibnazarov daxildir.