vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
REGİON  
16:28 | 18 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 2311 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Emomali Rahmon İran ayətullahlarına rəhm etmədi

Tacikistanda dini fanatizmi, mövhumat və xurafatı təbliğ risalələrinin çapına, satışına və yayımına qadağa qoyuldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Tacikistanda radikal şiəliyi, dini fanatizmi, mövhumat və xurafatı təbliğ edən İran «ayətullah»larının risalələrinin çapına, satışına və yayımına qadağa qoyulub. Bu barədə Tacikistan Respublikasının dövlət radiosu məlumat yayıb.

İran «ayətullah»larının risalələrinin yayımına qoyulan qadağa, Tacikistan hökumətinin bu ölkənin Xocənd şəhərində İranın iki mədəniyyət nümayəndəliyinin fəaliyyətinə yasaq qoymasından bir neçə gün sonraya təsadüf edib. Bildirilir ki, İran İslam Respublikası həmin üzdəniraq «Ticarət « və «Mədəniyyət» mərkəzləri vasitəsilə Tacikistanın müxtəlif şəhərlərində yerli əhali arasında radikal şiəliyi yaymaq, tacik gənclərini cəlb edərək onları dini təhsil almaq üçün İranın Qum şəhərinə göndərmək işi ilə məşğul olub.

Qeyd edək ki, son illər, İranın «Tacikistan İslam Hərəkatı» adlı radikal və mürtəce islamçı qruplaşmasına gizli dəstəyi ifşa olunduqdan sonra rəsmi Düşənbə Tehranla münasibətlərini minimuma endirib. İki ölkə arasında əlaqələrin məhdudlaşdırılmasının ardınca, Tacikistan hökuməti Səudiyyə Ərəbistanı ilə münasibətlərini genişləndirməyə başlayıb.