vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
17:38 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 2231 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Madagiz polkunda dava

Ermənistanlılarla qarabağlılar dalaşdı, yaralılar var

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan silahlı qüvvələrinin Madagiz yaşayış məntəqəsində yerləşən hərbi hissələrindən birində Qarabağdan və Ermənistandan hərbi xidmətə çağırılan hərbi qulluqçular arasında növbəti münaqişə baş verib.

Virtualaz.org xəbər verir ki,  bu barədə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı işğalçı bölmələrindən birində xidmət edən hərbi qulluqçunun anası Liana Şahramanyan adlı erməni sosial şəbəkə istifadəçisi öz feysbuk səhifəsində paylaşıb.

Məlum olub ki, İrəvan hərbi komissarlığından hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Vanand Xaçaturyan və 1996-cı il təvəllüdlü Erik Harutunyan Qarabağdan olan hərbi qulluqçular tərəfindən döyüldükdən sonra ağır vəziyyətdə hərbi hospitala yerləşdiriliblər.

Bundan əlavə, məhz Ermənistan və Qarabağ erməniləri arasındakı münaqişə zəmində Hadrutda yerləşən hərbi hissələrdən birində əslən Ermənistandan olan zabit tabeliyindəki əmrləri icra etmədiyi üçün yerli sakin, müqavilə əsasında xidmət keçən kiçik çavuşu fiziki işgəncəyə məruz qoyub. Baş verən hadisələrin yerində araşdırılması məqsədilə polkovnik V.Şakaryanın rəhbərliyi ilə komissiya ön xəttə gəlib.

Xatırladaq ki, bundan əvvəl Madagiz polkunda erməni zabit əsgəri özünə qəbir qazmağa məcbur edib, əsgər isə ona avtomatdan atəş açaraq yaralayıb.