«Şimal axını-2» layihəsi ciddi maneələrlə üzləşib
Almaniya istəyir, Polşa narazıdır, ABŞ isə alternativ variant təklif edir
AZƏR, kaspi.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
Çin gəmisinə təxribat ittihamı
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
-
“İranın üç konsulluğu bağlanıb”
Vətəndaşının edamı Almaniya hakimiyyətini hiddətləndirib
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
İfrat sağçılar parlamenti işğal edib
Almaniyada Türingiya əyalət məclisinin ilk iclası gərgin başlayıb
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Yaşıllar yarpaq tökür
Hakim koalisiya partiyasında kütləvi istefalar
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
Rusiyanın qaz nəhəngi – «Qazprom» 2011-ci ildən Baltik dənizi ilə Almaniyaya çəkiləcək «Şimal axını-2» layihəsini reallaşdırmağa çalışsa da, hələ də məqsədinə nail ola bilmir. Almaniyanın «Die Welt» qəzeti yazır ki, Rusiyanın qaz nəhəngi «Şimal axını-1»-i artıq reallaşdırıb. O zaman bu kəmər Polşa ilə Almaniya arasında kəskin fikir ayrılıqlarına və ziddiyyətlərə gətirib çıxarmışdı. «Şimal axını-2» Polşadan daxil olan yeni tənqid çağırışları və Avropa Komissiyasının, Avropa Parlamentinin, Avropa İttifaqına üzv dövlətlərin bəzilərinin tənqid və narazılıqlarına baxmayaraq 2019-cu ilin sonları, ən geci 2020-ci ilə kimi hazır olmalıdır. Həmin tarixdən Rusiya qazının 70 faizi Baltik marşrutu ilə nəql olunacaq. Almaniya nəşri isə bütün bunların fonunda çox maraqlı bir nəticəyə gəlir. Qəzet «Şimal axını-2» layihəsinin gələcəyini şübhə ilə qarşılayır.
«Putinin sevimli layihəsi olan «Şimal axını -2»nin reallaşmayacağını söyləmək üçün qeyri-adi bir düşüncəyə sahib olmaq gərək deyil. Berlin başa düşməlidir ki, layihə heç də Avropada bu məsələ ilə bağlı mübahisələrə son qoymayacaq. Bu fikir ayrılıqları olmadan belə «Şimal axını -2» Avropa İttifaqının bütün əsas hədəfləri ilə ziddiyyət təşkil edir. Avropa İttifaqı nazirlərinin ətraf mühit məsələlərinə həsr olunan son toplantısında ittifaqının Moskva ilə «Şimal axını-2» layihəsi ilə bağlı məsləhətləşmələr aparmasını istəyən güclü cəbhə formalaşıb. Avropa Şurası formal olaraq Avropa Komissiyasına mandatı yay başa çatdıqdan sonra təqdim edəcək. Avropa İttifaqının danışıqlar aparması o deməkdir ki, Almaniya xarici işlər naziri Ziqmar Qabrielin «Şimal axını - 2» layihəsini hüquqi sahədə, yəni Avropanın enerji hüquqlarından kənarda aparmaq ideyası uğursuzluqla nəticələnib. Aİ-nin Rusiya ilə çərçivə sazişini nə qədər tez reallaşdıra biləcəyi də aydın deyil. Lakin müəyyən tezləşdirmələr baş verə bilər. «Qazprom» üçün vəziyyət aydınlaşana kimi İsveç və Danimarkadan müəyyən icazələr almağa lüzum qalmayıb. Bundan əlavə, Aİ ilə Rusiya arasında razılaşmanı Avropa Parlamenti müəyyən etməlidir. Buna da inam azdır. Belə ki, «Şimal axını-2» layihəsinə Avropa Parlamenti dəfələrlə etiraz edib. Almaniya kansleri Angela Merkel də layihə ilə bağlı müzakirələrdən qaçır. Kansler Rusiyadan enerji asılılığının miqyasını azaltmaq üçün ortaya çıxan fikir ayrılıqları məsələsində mövqe ortaya qoymaq fikrində deyil. Hazırda kansler vəziyyətin gərginləşməməsi məsələsini həll etməlidir.
Yeri gəlmişkən, Rusiya Avropada «Şimal axını-2» qaz kəməri və digər enerji layihələrinin sabotaj olunmasını pisləməkdə davam edir. Bu ölkənin enerji naziri Aleksandr Novak deyib ki, gələn illər ərzində enerjiyə tələbat artacaq. «Son vaxtlar infrastrukturun inkişafına sünni məhdudiyyətlər görürük, müəyyən enerji mənbələrinə və təchizatçılarına süni üstünlük verilir», - deyə o, bildirib. Nazir bildirib ki, «Şimal axını-2» kimi iqtisadi cəhətdən yaxşı əsaslandırılmış, istehlakçılar üçün cəlbedici infrastruktur layihəsi belə, sabotaj olunur.
ABŞ prezidenti Donald Tramp isə bu yaxınlarda Şərqi Avropa ölkələrinə Birləşmiş Ştatlardan maye qaz almağı təklif edib, bunun Rusiya qazından daha etibarlı enerji mənbəyi olduğunu deyib. Tramp ABŞ maye qazının qəbulu üçün nəzərdə tutulan terminalın mümkün qədər tez tikilməsinə çağırıb. O, Zaqrebin enerji təhlükəsizliyinin gücləndirilməsi sahəsində səylərini alqışlayıb. Litva prezidenti Dalia Grybauskaite isə bəyan edib ki, ABŞ-dan gələcək təbii qazın ilk partiyası artıq avqustda Klaypeda limanına daxil olacaq.
Hazırda Şərqi Avropa qazı əsasən «Qazprom»dan alır. Trampın təşəbbüsü Rusiya inhisarçısının mövqelərini ciddi zəifləyə bilər. Rusiya qazı Avropaya bir neçə qaz kəməri ilə daxil olur. Onların bəziləri Ukrayna ərazisindən, bəziləri isə Baltik dənizinin dibi ilə keçir. Ötən ilin yekunlarına görə, Avropaya qaz ixracatçıları arasında «Qazprom»un payı 43 faiz təşkil edib. Qeyd edək ki, kəmərlə çatdırılan qazın qiyməti Trampın Şərqi Avropaya satmaq istədiyi maye qazdan daha ucuz başa gəlir.
Siyasəti kənara qoyub bazar qanunlarından çıxış etsək, Rusiya qaz inhisarçısının bazarda öz payını saxlamağa çox yaxşı şansları var. «Şimal axını-2» boru kəmərinin tikintisini nə Şərqi Avropa ölkələri, nə də ABŞ dayandıra bilib. İyunun 14-də ABŞ Senatı «Şimal axını-2» və «Türk axını»nın tikintisində iştirak edən şirkətlərə sanksiyalar paketini nəzərdə tutan qanunu təsdiq edib. Ancaq hələlik qanun qəbul olunmayıb, sanksiyalar da tətbiq edilməyib.
Enerji təhlükəsizliyindən danışarkən Avropa tərəfdaşlarının bir qismi Rusiyadan qorunmağı, digər bir qismi isə idxalın diversifikasiyasını nəzərdə tuturlar. Bu böyük oyunda əsas ölkə Almaniyadır. Berlin Rusiya qazını almaqda maraqlıdır.
Göründüyünə görə, bu məsələdə əsas uduzan tərəf Ukrayna olacaq. «Şimal axını-2» və «Türk axını» dünyada ən güclü qaz nəqliyyatı sisteminin məhvi və Ukraynanın Rusiya qazının Avropaya nəqlinə görə əldə etdiyi illik 2 milyard dollarlıq gəlirdən məhrum olması demək olacaq.