Məşhur çay evinin tikilməsinin tarixi
Və ya SSRİ-Yapon münasibətlərinin Ağdama xeyri...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nonu ...
...Yaxud çadır həyatının təəssüratları
-
O göydəki ulduzlar haqqı
Tanrı dərgahı kimi ...
-
Ermənilər Xocalının kəndlərindən gedir
Pirlərdə məskunlaşanların əksəriyyəti yaşayış məntəqəsini tərk edib
-
“Kaleydoskop”
... Yaxud qırıq-qırıq görünən Ağdam
-
Ağdam qatarı Bakıdan gedir
Bu yolu keçməyə əzm var
-
Nur içində uyu, Komandir!
Xocalıların yaddaşında həmişə 46 yaşda qalan QƏHRƏMAN
-
Arzuya bax, İlahi
Tez-tez gəlin ...
-
Pənah Hüseyn və Akif Nağı saxlanıldı
Cəbhə xəttini keçdiklərinə görə …
-
“Videodakı başdaşı atama aid deyil”
Allahverdi Bağırovun qızı etiraz etdi: “Diqqətli olun!”
-
Aran Qarabağ silkələndi
6 ballıq zəlzələdən tələfat yoxdur, amma dağıntılar haqda xəbərlər gəlir
-
Ağdamda 6 bal gücündə zəlzələ olub
Yeraltı təkanlar hətta cənub zonada da hiss olunub
-
«Yerinizə minlər doğulacaq»
Seyid Lazım Ağa - Ağdamın canlı rəmzi
-
«İmarət» - Fred Asifin qərargahı
«Qarabağ» FK-nın fan-klubu haranın adını daşıyır?
-
Qara bağın ağ damı
Ağdamın işğalından 24 il ötür…
-
Kabus qatar
Qəribə tarixçəsi olan şeir
-
Utopiyanın kuliminasiyası
Ermənistanın Azərbaycan torpaqlarını 2030 cu ilə qədər işğalda saxlamaq planı
«Çay Evi»nin ideyası «Yaponiya» jurnalında imperatora məxsus sarayın formasından götürülüb. Çin-Yapon memarlıq üslubunda tikilən «Çay Evi»nin ideya müəllifi və tikilməsini Sadiq Murtuzayevə, maketinin müəllifliyi isə mərhum Xudu Məmmədova məxsus olub. Tikintiyə də mərhum Xudu müəllim özü rəhbərlik edib.
Sadıq müəllim Xudu müəllimlə oturub söhbət edirmişlər, çay evinin forması necə olsun ki, SSRİ rəhbərliyi buna icazə versin, axı Çay evi məscidə gələnlər üçün tikilirdi. Sonra deməsinlər ki, Ağdamda dindarlar üçün şərait yaradılır. Oturub söhbət edən zaman Xudu müəllim Yaponiyadan ona göndərilən jurnalı vərəqləyirmiş. O zamanlar SSRİ-Yaponiya münasibətlər inkişaf edirdi. Təsadüfən Kioto adasında olan Mikado-Yapon İmperatorunun sarayı onun diqqətini cəlb edir və Çay Evini bu formada tikmək qərarına gəlirlər. Beləliklə də nə hökumət bir söz deyə bilir, nə də əhali… Beləcə «Çay Evi» tikilir. Həmin bina Sadiq müəllim katib işlədiyi illərdə tikilib. Ağdamdakı «Çay Evi»nin forması Yaponiya İmperatorunun evi ilə, yanındakı Qüllə isə Məscidin qülləsi ilə uyğun gəlir.
Ağdam RPK-nın o zamankı birinci katibi işləyən Sadiq Murtuzayevin dilindən: «Bir gün Xudu Məmmədov mənə «Yaponiya» adlı jurnal verdi ki, elə-belə tanış olum. Mənim diqqətimi çin-yapon üslubunda tikilmiş bir bina cəlb etdi və dərhal qərara gəldim ki, məscidin qarşısında bu üslubda bir Çay Evi tikdirim. Fikrimi ona deyərkən alqışladı və xahiş etdi ki, icazə verim, onun maketini düzəltsin və tikintiyə rəhbərlik etsin. Məmnuniyyətlə razılaşdım. Ertəsi günü səhər saat 6-da maketlə yanıma gəldi. Dərhal işə başladıq. Yeməkxana olan zirzəmisi ilə 4 mərtəbəli yaraşıqlı bir bina qısa müddətdə istifadəyə verildi və az qala Ağdamın bir rəmzinə çevrildi. Hər gün səhər saat 6-da iş icraçısı kimi özünü tikintiyə çatdıran bu fədakar Vətən oğlu orada işləyənlərə elə örnək oldu ki, könüllü olaraq gəlib burda işləmək istəyənlərin sayı gündən-günə artırdı.
26 iyul 1986-cı ildə «Çay evi»nin təntənəli açılış mərasimi olur. Məhz bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi ilə yanaşı, Azərbaycan KP MK Mədəniyyət şöbəsinin müdiri işləyən Vəfa Quluzadə də iştirak edir.
«Çay Evi»nin tikintisində ən çox çətinlik binanın damını vurmaqda yaranıb. Bir neçə usta dəvət edilsə də sonda nəticə əldə edilməyib, nəhayət bu işi görə biləcək bir gənc tapılır. Mamed adlı gənc də hərbi xidmətə getməli imiş. Xudu müəllim xahiş edir ki, Sadiq Murtuzayev o əsgəri müvəqqəti olaraq hərbi xidmətdən saxlatdırsın. Amma bu mümkün olmur, sonda həmin gəncin Ağdamda xidmət etməsinə nail olunur və beləcə «Çay Evi»nin damı vurulur. Səhv etmirəmsə o insan bu gün də həmin işlə məşğuldur və öz işinin peşəkarıdır.