vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
18:18 | 24 iyul 2017 | Bazar ertəsi Məqaləyə 1910 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir çox xəstəliklərlə üz-üzə

Urmiya gölü böhranı 14 milyon insanın həyatını təhlükəyə salıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiya gölü böhranının ətraf mühitə təsiri və insan həyhatına yaratdığı təhlükə bölgənin əsas problemlərindən birinə çevrilib. Qərbi Azərbaycan Valiliyinin Böhranları İdarəetmə Şöbəsinin rəisi Əmir Abbas Cəfəri Qoşaçayda Urmu gölünün canlandırması mövzusunda keçirilən konfransda göldə yaranan böhranın insanların həyatına yaratdığı təhlükə ilə bağlı həyəcan təbili çalıb.

«Bir vaxtlar Urmiya gölündə su tüğyan edərdi və bəlkə də kimsə inanmazdı ki, göl bir gün quruyacaq. Urmiya gölü böhranı belə davam edərsə 14 milyondan çox insanın həyatına təhlükə yaranacaq, onlar bir çox xəstəliklərlə üz-üzə qalacaqlar», - deyə o bildirib.

Əmir Abbas Cəfəri əlavə edib ki, «gölü canlandırmaq üçün hər il orta hesabla kənd təsərrüfatı sahəsində məsrəf olan suyun həcmi 8 faiz aşağı düşməlidir. Belə olan halda 5 il ərzində su məsrəfini 40 faiz azaltmış olarıq və bu, gölün canlandırılması üçün vacib məsələdir».

O digər hökumət nümayəndələri kimi gölün qurumasında dövlətin məsuliyyət daşımadığına da işarə edib. «Urmiya gölünün quruması təkcə hökumətlə bağlı məsələ deyil. Böhranın əsas səbəbi iqlim dəyişikliyi, quraqlıq, su məsrəfinin artması, yağıntıların azalması və insan amili ilə bağlıdır», - deyə o qeyd edib.

Ekspertlərin əksəriyyəti isə Urmu gölünün qurumasını dövlətin yalnış qərarları və idarəçiliyi ilə əlaqələndirir. İran rejimi Urmiya gölünə axan çaylar üzərində 30-dan çox bəndin tikilməsinə və göl ətrafında 100 mindən çox su quyusunun qazılmasına icazə verib. Həmçinin gölün üzərində suyun təbii dövriyyəsinə mane olan körpü tikilib. Bütün bunlar göldə yaranan böhranın əsas səbəbləri kimi tanınır.