vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
15:53 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1187 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycana da siqnaldır»

Keçmiş müdafiə naziri: «Rusiyanın maraqları yalnız Gürcüstanla məhdudlaşmır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«İşğal altında olan Gürcüstan ərazilərində Rusiyanın hərbi manevrlərini və irəliləməsini bütün region, o cümlədən Azərbaycan və İran üçün siqnal kimi qiymətləndirmək olar», - «Gürcüstan-Onlayn» nəşri bildirir ki, bunu Gürcüstanın keçmiş müdafiə naziri, nüfuzlu «İslahatçılar klubu»nun qurucusu Dmitri Şaşkin deyib.

Gürcüstanın hökumət KİV-i xəbər verir ki, Dmitri Şaşkin uğurlu və nüfuzlu dövlət xadimi kimi qəbul edilir.

«Rusiyanın maraqları yalnız Gürcüstanla məhdudlaşmır», - Şaşkin bildirib. Onun sözlərinə görə, bu, ilk növbədə Azərbaycan üçün siqnaldır. Keçmiş nazirin fikrincə, Rusiyanın əsas məqsədi Ermənistandakı «Gümrü» bazasına dəhliz açmaqdır.

Xatırladaq ki, Gürcüstan XİN və DTX Rusiya Silahlı Qüvvələrinin Gürcüstanın işğal edilməmiş ərazilərinə doğru – Kasp rayonunun Karapila kəndi istiqamətində irəliləməsi barədə bəyanat veriblər. Bakı-Supsa neft kəmərinin bir hissəsi rusiyalı hərbçilərin nəzarəti altına keçib.

Briqada generalı Amiran Salukvadze Gürcüstan KİV-ə müsahibəsində bildirib ki, Rusiya qoşunları SSRİ dövründə mövcud olmuş «sərhəd»i bərpa etmək istəyirlər.