Türkiyəyə qaz ixracı artıb
Keçən illə müqayisədə 17,9 faiz
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
Bu ilin may ayında Türkiyə 3,727 milyard kubmetr təbii qaz idxal edib. «APA-Economics» Türkiyənin Enerji Bazarının Tənzimlənməsi üzrə Şurasının təqdim etdiyi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 15,9 faiz çoxdur. Ötən ilin mayında qardaş ölkə 3,215 milyard kubmetr qaz alıb.
Mayda idxal olunan qazın 3,266 milyard kubmetri boru xətləri, 461 milyon kubmetri LNG təsisatları vasitəsilə nəql olunub.
Hesabat dövründə Türkiyə Rusiyadan 1,948 milyard kubmetr, İrandan 722 milyon kubmetr, Azərbaycandan isə 595 milyon kubmetr qaz alıb.
Bundan öncə verdiyimiz xəbərə görə, 2017-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Türkiyəyə 2 milyard 173,71 milyon kubmetr qaz ixrac edib. Beləliklə, yanvar-may ayları ərzində Azərbaycanın Türkiyəyə ixrac etdiyi qazın həcmi 2 milyard 768,71 milyon kubmetrə çatıb.
Qeyd edək ki, cari ilin aprel ayında Azərbaycan Türkiyəyə 576,84 milyon kubmetr qaz ixrac edib. Göründüyü kimi, aprel ayı ilə müqayisədə mayda Azərbaycan Türkiyəyə qaz ixracını 18,16 milyon kubmetr və ya 3,12 faiz artırıb.
2016-cı ildə Azərbaycan Türkiyəyə 6 milyard 479,87 milyon kubmetr qaz ixrac edib.
Cari ilin may ayında Türkiyədə təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz artaraq 3,435 milyard kubmetrə çatıb.