Ermənistan ordusunda kütləvi davalar
Bir əsgər üçüncü dəfə hərbi hissəni özbaşına tərk edərək İrəvana qaçıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Uçuş vasitələri məhv ediləcək”
Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq
-
“İstəyirik anlayaq ki, Azərbaycan ordusu necə işləyir”
Ermənistan NATO ilə sıx əməkdaşlığın səbəbini ilk dəfə açıqladı
-
Erməni əsgər anasının fəryadı
Arus Martirosyan: “Ordumuzda vəhşilik və cinayətkarlıq hökm sürür”
-
“Əsgəri soymaq nə deməkdir?”
Aprel döyüşlərindən sonra Cəbrayılın kəndlərindən birinə atılmış 15 erməni hərbçinin taleyi
-
Düşmən ordusunda adam oğurluğu
Erməni əsgəri 2 il saxlayıb ailəsindən 11 min dollar alandan sonra buraxıblar
-
Ağdam və Füzuli istiqamətində cəmləşmə
“Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”
-
Öldürülən erməni xüsusi təyinatlı olub?!
Düşmən Xocavənd istiqamətində itki verdi
-
«X-55» Ağdamda endirildi
Ordumuz Ermənistana məxsus növbəti PUA-nı məhv etdi
-
«Azərbaycan hücuma hazırlaşır»
Düşmən kəşfiyyatçısı Ermənistanı təşvişə saldı
-
«Orduda insidentlərin sayı artıb»
Separatçı generaldan etiraf: «Biz hazırkı mərhələnin yetərli olmadığını hesab edirik»
-
Ermənistanda zabit əsgəri vəhşicəsinə döydü
Voskanyan vəhşiliyi nəticəsində Minasyanın dalağını itirdi
-
Konserv qutularından kosmosa?
Düşmən Azərbaycana qarşı kosmik kəşfiyyata cəhd edir
-
Sərkisyan Bakının hücum əmrini gözləyir
Azərbaycan ordusu cənub istiqamətində təmas xəttini yarır, Ermənistandan köməyə tanklar göndərilir...
-
Qida, geyim, yanacaq tapılmır...
Ermənistan ordusunda xaos - nəinki əsgərlər, hətta zabitlər qaçır
-
Ermənistan ordusunda əsgərlər aşağılanır
Düşmən zabitləri qoçuluq edir, dedovşina baş alıb gedir
-
Erməni əsgərlər minaya düşdü
Ağdərə istiqamətində Ermənistan ordusunun azı üç hərbçisi öldü
Son zamanlar Ermənistan ordusunda neqativ halların sayının artması müşahidə olunur. Əsgərlərin yaxın qohumları və dostlarının «Facebook» sosial şəbəkəsində paylaşdığı postların təhlilindən sonra bu cür qənaətə gəlmək mümkün olub.
Məlumata əsasən, bir müddət əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən hərbi hissələrin («Facebook»da paylaşılan məlumata görə motoatıcı alaylardan) birində müddətli hərbi xidmət keçən üç hərbi qulluqçu arasında əlbəyaxa dava ilə nəticələnən münaqişə baş verib. Münaqişəyə səbəb kimi zabitlərin laqeyd münasibəti nəticəsində əsgərlər arasında «dedovşina» hallarının artması göstərilir.
Belə ki, qeyd edilən alayın rabitə bölüyündə xidmət keçən əsgərlər Rubik Avakyan və Serik Gevorkyan həmin bölükdə xidmət edən digər əsgər, Ermənistan hərbi komissarlığından hərbi xidmətə çağırılan Karen Akopyana dəfələrlə təzyiq göstərərək onların «botinka»larını təmizləməyi tələb etmişlər.
Bu barədə Karen Akopyanın qohumu Artur Amatuni özünün feysbuk səhifəsində məlumat paylaşıb. O bildirib ki, Karen əsgər yoldaşlarının tələbini yerinə yetirməkdən imtina edərkən Rubik və Serik onu istifadəyə yararsız olan radiostansiyanın ehtiyat hissələri ilə döyərək bədən xəsarətləri yetiriblər. Aldığı zərbələrdən biləyi sınan K.Akopyan hospitala yerləşdirilib.
Digər hadisə isə Talış kəndi ətrafında yerləşən hərbi hissədə baş verib. Ovanes Minasyan adlı sosial şəbəkə istifadəçisi öz feysbuk səhifəsində paylaşdığı məlumatda bildirib ki, onun yaxın dostunun xidmət etdiyi hərbi hissədə 6 hərbi qulluqçu arasında nizamnamədən kənar münasibətlər zəminində kütləvi dava baş verib. Dava nəticəsində müxtəlif bədən xəsarətləri alan 4 hərbçi hospitala yerləşdirilib.
Ermənistan ordusunda nizamnamədən kənar münasibətlərin sayının artmasını təsdiq edən digər paylaşımı isə sosial şəbəkə vasitəsilə Qurgen Petrosyan adlı istifadəçi edib. O bildirib ki, Dağlıq Qarabağ ərazisindəki hərbi hissələrdən birində xidmət edən dayısı oğlu kapitan Edik Poğosyan komandanlığın ona qarşı qərəzli münasibətindən bezərək dəfələrlə tərxis olunmaq istəsə də, buna nail olmayıb. Məhz bu səbəbdəndir ki, o artıq üçüncü dəfədir ki, hərbi hissəni özbaşına tərk edərək İrəvana qaçıb.