«Apple» «5G»nin sınaqlarına başlayıb
Texnologiyanın 2019-2020-ci illərdə istifadəyə veriləcəyi gözlənilir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İnternetə çıxış 8 faiz yüksəlib
Şəbəkəyə girən kişilərin sayı qadınlardan 1/3 dəfə çoxdur
-
Gözləmə, 500 manat qazan!
«Kapital Bank» müsabiqə elan etdi
-
«Facebook» əhlinin infarkt etdiyi şairlər
Siyasi havanın qızdığı vaxtlarda yazarın nə hünəri var sevgidən-mevgidən yazsın
-
«Trollar»ın 27 yaşlı azərbaycanlı başçısı
Amerika seçkilərinə internet-müdaxiləyə Ceyhun Aslanov başçılıq edib
-
Seçkiləri «barmaqlayan» virtual «troll»lar
Rusiya «Trampı seçdirmək üçün» «Google»dan da istifadə edib
-
«Dindarların içində ağıl problemi olanlar var»
Deputat ateistlərə məntiqli cavab verməyə çağırdı
-
Antiyaşlanma mümkündürmü?
150 il əvvəl orta ömür 40 idisə, indi ABŞ vətəndaşları həmin həddən ən azı 2 dəfə çox yaşayır
-
40 dil «bilən» qulaqcıqlar
«Google»un təqdim etdiyi texnologiya danışıqları başa düşüb tərcümə edəcək
-
Rusiya «Facebook»u qadağan edə bilər
Jarovun sosial şəbəkədəki «hərarət»dən narahatdır
-
«Abunəçi haqqında heç bir məlumat üçüncü tərəfə verilmir»
«Bakcell» rəsmisi Süheylə Cəfərova: «Balansın «səbəbsiz» silinməsi» şikayətlərinə gəldikdə isə, ...»
-
«Facebook»da Rusiya barmağı
Sosial şəbəkədə Sankt Peterburqdan maliyyələşən saxta xəbər kampaniyası aşkar edib
-
«Apple» İrandakı populyar apps-ləri silir
ABŞ sanksiyalarına görə şirkətin bu ölkədə rəsmi dilleri yoxdur
-
Zakkerberq prezident olmaq istəyir
Ateist milyarder amerikalıların «allahsız namizəd»ə səs vermədiklərini bildiyi üçün dini düşüncələrini yenidən dizayn edir
-
«İnstagram»da yerləşdirilənləri təhlil edən proqram
Sosial media insanlarda depressiyanı müəyyən etməyə kömək edir
-
«Facebook»un işçiləri qarajda yaşayır
Bundan başqa şirkətin əməkdaşlarına qarşı ayrı-seçkilik edilir
-
Ev alan jurnalistdən inanılmaz paylaşım
Prezidentlə selfi çəkdirən redaktor, ASAN radionun aparıcısı iki qoca qadına «it» dedi
ABŞ Federal Rabitə Komissiyası «Apple» şirkətinə «5G» texnologiyasının sınaqlarının keçirilməsinə icazə verib. Texnologiyanı «Apple» şirkəti ilə yanaşı, «Google», «Facebook» və «Samsung» sınaqdan keçirir. Bundan başqa, «Sprint» və «T-Mobile» mobil rabitə operatorları tərəfindən ilk «5G» şəbəkələrinin 2019-2020-ci illərdə istifadəyə veriləcəyi gözlənilir.
Məlumata görə, dalğaların uzunluğunun azaldılması və tezliyin yüksəldilməsi «Apple» texnologiyasını rəqiblərindən fərqləndirəcək. Test üçün ilk meydançaların 2018-ci ilin avqustunadək Kaliforniyada yerləşən ofislərin yaxınlığında inşası planlaşdırılır.
Bu il «5G» modulu yeni «iPhone» smartfonunda quraşdırılmasa da, növbəti modelin onunla təchiz ediləcəyini ehtimal etmək olar.
«5G» mövcud «4G» şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan «4G» şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı «5G» şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Qeyd edək ki, Azərbaycanda da 3G, 4G və digər yeni texnologiyalar tətbiq edilib, internetə ən müasir çıxış imkanları yaradılıb. Bunun nəticəsidir ki, hazırda əhalinin 78 faizi internet, onların 72 faizi isə genişzolaqlı internet istifadəçisidir.