vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
17:20 | 29 iyul 2017 | Şənbə Məqaləyə 2050 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kürd qaçaqmalçıları siğorta olunur?!

Fars-molla rejimi Güney Azərbaycanda separatçı amilləri gücləndirməkdədir

MÖVZU İLƏ ƏLAQƏLİ

Qərbi Azərbaycan Əyalətinə səfər edən İranın Kooperasiya, Əmək və İctimai Rifah naziri Əli Rəbii səfərinin əsas hədəfini açıqlayıb.

Sərhədyanı şəhərlərə səfər edən nazir öz açıqlamasında deyib: «Bizim əsas məsələlərimizdən biri sərhədyanı bölgələr, xüsusi ilə də Qərbi Azərbaycanın sərhəddə yaxın məntəqələrində yaşayan şələkeşlərin (Sərhədyanı bölgələrdə qaçaqmalçılıqla məşğul olan bir sıra kürdlər qanunsuz olaraq xaricdən ölkəyə mal daşıyırlar. Onlar Azərbaycan şəhərlərində şələkeş, farsca dilində isə kulbər adlanır) siğorta məsələsidir. Artıq bununla bağlı ciddi tədbirlər görülüb və bu gün biz sözügedən əzizlərimizin siğorta məsələsinə görə Qərbi Azərbaycan Əyalətinə səfər etmişik. Bu istiqamətdə lazımi qərarlar veriləcək», - deyə o bildirib.

Ə.Rəbii əlavə edib ki, «dövlət sərhədyanı bölgələrin ictimai rifahı üçün 9 trilyon rial məbləğində vəsait ayırıb, bu məbləğdən şələkeşlərin sağlamlıq siğortası üçün istifadə etmək mümkün olacaq».

Çarşənbə günü Piranşəhərə (Xana) səfər edən Kooperasiya, Əmək və İctimai Rifah naziri, şələkeşliyin  sərhədyanı bölgələr üçün ən yaxşı məişət tərzi olduğunu deyərək bu işlə məşğul olan insanların sağlamlığına əhəmiyyət verdiyi bildirib. «İlk baxışda şələkeşlərin siğorta məsələsi olduqca çətin görünürdü, lakin bir sıra araşdırmalardan və fəaliyyətdən sonra bu mümkün oldu. Hazırda təkcə Piranşəhr deyil, digər sərhədyanı bölgələrdə də eyni üsul tətbiq olunur. Plana görə, şələkeşlər siğorta olunacaq, onlara sərfəli kredit veriləcək, sonda isə təqaüdə çıxacaqlar», - deyə nazir vurğulayıb.

İranda qanunsuz ticarət və qaçaqmalçılıq işləri ilə əsasən sərhədyanı bölgələrdə yaşayan kürdlər məşğul olur. Həmin kürdlər bir çox halda qaçaqmalçılıq yolu ilə əldə etdikləri sərvəti PKK və digər kürd terror qruplaşmalarının ideyaları uğrunda xərcləyir və bölgədə bir çox ictimai, siyasi və iqtisadi problemlərə yol açırlar. Məsələn Qərbi Azərbaycanda bir çox daşınmaz əmlak bölgənin kürdləşdirilməsi prosesindən xəbərsiz olan azərbaycanlılar tərəfindən həmin qaçaqmalçılara satılır və  nəticədə Azərbaycan şəhər və kəndlərinin demoqrafik tərkibi dəyişir. Bütün bunlara şahid olan İran rejimi müxtəlif vasitələrdən istifadə edərək Qərbi Azərbaycanda kürd amilini gücləndirməkdədir.