vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
14:56 | 2 avqust 2017 | Çərşənbə Məqaləyə 2215 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanın yeni «Berlin divarı»

Gürcüstan getdikcə «soyuq müharibə» dövründəki Almaniyaya bənzəməyə başlayır

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın vitse-prezidenti Mayk Pensin Gürcüstana səfərinə cavab olaraq Rusiya prezidenti Putin şəxsən Abxaziyaya səfər edəcək.

Bu həftə hərbi təlimlərdə iştirak etmək üçün Gürcüstana gələn ABŞ hərbi texnikası dəmir yolu ilə Tiflisə aparılmaq əvəzinə, şose yolu ilə Gürcüstanın içərilərindən keçərək paytaxta üz tutdu. (Video yuxarıda) Onlar Qoridən keçəndə Cənubi Osetiya ilə Gürcüstanın qalan hissəsini ayıran demarkasiya xəttində dayanmış rus əsgərləri ilə aralarında az qala pulemyotun atəş məsafəsi qədər məsafə var idi...

Mayk Pens Gürcüstanda konkret mesajlar verdi. Rusiyanı işğalçı adlandırdı, Gürcüstanın ərazi bütövlüyünü pozmaq istəyənlərə bundan sonra sərt cavab verəcəklərini bildirdi, əvvəlcə «qırmızı xətlər» elan edib, sonradan bunu pozanlara qarşı tədbir görməyərək qarşı tərəfləri cəsarətləndirən Obamanı tənqid etdi, Gürcüstanın NATO-ya üzvlüyünü dəstəklədiklərini sözü əyib-bükmədən söylədi.

Rusiya isə Cənubi Osetiyadan, xüsusən Abxaziyadan çəkilmək niyyətində deyil. SSRİ dağılanda Rusiya Qara dənizi demək olar ki, itirmək təhlükəsi ilə üzləşmişdi və Abxaziyada separatizmi alovlandırmasının əsas səbəbi məhz bu regionun Qara dənizə çıxışının olması ilə əlaqədar idi. Əvvəlcə Abxaziyanın Gürcüstandan, sonra Krımın Ukraynadan qoparılması nəticəsində Rusiya akvatoriyasını genişləndirərək isti (donmayan) dəniz kimi böyük strateji əhəmiyyətə malik Qara dənizdə mövqelərini möhkəmləndirdi.

Abxaziyanın özünə gəldikdə isə, bu regionda həyat 25 ildir donub. Yaxınlıqdakı Batumi inkişaf edərək dünya səviyyəli turizm mərkəzinə çevrildiyi halda, eyni potensiala (bəlkə daha artıq) malik Suxumi və ətrafı sovet filmindən epizodları xatırladır.

Rusiyanın Ermənistanla və Gürcüstanın separatçı regionları Abxaziya və Cənubi Osetiya ilə birləşmiş ordu qruplaşmaları yaratması NATO-nun ayaq səslərinin bölgədə duyulması ilə əlaqədardır. Moskva Qafqazı itirmə təhlükəsinə qarşı yeni «Berlin divarı» inşa edir. Reyqan 1987-ci ildə Brandenburq qapıları önündə tarixi çıxışında demişdi ki, divarlar azadlığın qarşısında dayana bilməz. İki il sonra Berlin divarı dağıdıldı. Bu «divar» da gec-tez çökəcək...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)