Şimali Vəziristandan Hələbə qədər
Əsədin aviasiyasına tuş gələn Rövşən Qədirov…
İnarə RAFİQQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İraqda İŞİD liderləri öldürülüb
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
İsraildən Suriyaya hava zərbələri
Həmadakı hücumlarda 16 ölü, 36 yaralı var
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
ABŞ bazasına hücum cəhdi
Kamikadze PUA-lar hədəfə çata bilməyib
-
“Müqavimət oxu” strategiyasında çatlar
Hərəsinin öz gündəmi olan terrorçu təşkilatlardan asılılığı İranı getdikcə riskli hala sürükləyir
-
Toqquşmadan son anda yayınıb
Suriyada ABŞ və Rusiya təyyarələri bir-birinə təhlükəli şəkildə yaxınlaşıb
-
İranın Suriyanın şərqində pəncələri
Bölgə hökumətin gizli şərikliyi ilə fars rejimi ambisiyasının təsiri altına düşüb
-
8 ABŞ əsgəri yaralanıb
Suriyada koalisiya qüvvələrinin bazasına olan PUA hücumunun nəticəsi açıqlanıb
-
İran-ABŞ qüvvələri arasında toqquşma
Yaraqlıların raketlərinə hava hücumu ilə cavab verilib
-
Suriyanın üç tərəfində silah səsləri
Şərqdə və şimalda münaqişələr, cənubda isə gərginlik hökm sürür
-
Suriyada hərarət artır
İran qüvvələri hücuma hazırlaşdığı vaxtda, beynəlxalq koalisiya hərbi texnika daşıyır
-
Mümkünlük və davamlılıq
Ərdoğanla Əsəd arasındakı mümkün görüşə zəmin hazırlanır
-
“Dialoqa hazırıq”
Baş terrorçu Ankara-Şam yaxınlaşmasından qorxdu
-
Yeni geri çəkilmənin başlanğıcı
Yaxud qlobal dəyişikliklər və böhranlı ölkələrin gələcəyi
Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada radikal dinçi silahlı birləşmələrin tərkibində döyüşüb Azərbaycana qayıdan və yaxalanan daha bir cihadçının işinə baxılır. Virtualaz.org xəbər verir ki, bu, Quba rayon sakini, 38 yaşlı Rövşən Qədirovdur. Özünə «Übeyd» dini ləqəbi götürmüş bu Quba sakininin terrorçu qruplaşmaların tərkibindəki döyüş yolu Pakistanın Şimali Vəziristan əyalətindən başlayıb Suriyanın Hələb xarabalıqlarına qədər uzanıb. Nəhayət o, Bəşər Əsədin aviasiyasının raket zərbələrinə tuş gəlib və yaralanaraq «cihadı» tərk edib. Lakin «cihadda» aldığı yaralar Rövşən Qədirovu törətdiyi kifayət qədər ağır cinayət əməllərinə görə məsuliyyətdən azad edə bilməzdi və indi o, müttəhimlər kürsüsündədir.
İstintaqın müəyyən etdiyinə görə Rövşən Qədirov əvvəlcə Pakistanın Şimali Vəziristan vilayətində «Yunus» adlı şəxsin rəhbərlik etdiyi «Türk camaatı» adlı silahlı birləşmənin tərkibinə daxil olub. O, 2009-cu ilin noyabr ayından 2010-cu ilin mart ayına kimi həmin silahlı birləşmənin tərkibində iştirak edib. Həm Azərbaycan, həm də Pakistan qanunvericiliyinə əsasən cinayət sayılan bu əməllərə görə xarici dövlətdə məhkum olunmayıb.
Bundan başqa, R.Qədirov silahlı münaqişələrdə iştirak etmək üçün 2011-2012-ci illər ərzində Suriyanın Hələb şəhərində fəaliyyət göstərən, «Abu Ahmed Xümsü»nün rəhbərlik etdiyi «Əhrar-əş-Şam» silahlı birləşməsinin tərkibinə qoşulub. 2011-ci ilin dekabr ayında isə Suriya silahlı qüvvələrinin həmin əraziyə endirdiyi raket zərbələri nəticəsində yaralanıb.
«Müsəlmanların çoxu Pakistana hicrət edirdilər…»
Təqsirləndirilən şəxs qismində dindirilən Rövşən Qədirov ifadəsində 2008-ci ilin sonlarında işləmək məqsədilə Türkiyəyə getdiyini, orada yaşadığı müddətdə dini cəhətdən ondan daha bilikli və üstün olan İbrahim adlı şəxslə tanış olduğunu göstərib. Dediyinə görə milliyyətcə türk olan İbrahimin təbliğatından təsirlənib. İbrahim ona Pakistanda gedən proseslər, həmin ərazidə şəriət qanunlarının hökmranlıq etməsi, həmçinin müxtəlif silahlı qruplaşmaların müsəlmanlara zülm edən koalisiya qüvvələrinə qarşı cihadda iştirak etməsi, bu səbəbdən də dünyanın bir çox yerlərindən İslam dininə etiqad edənlərin ailələri ilə birlikdə məhz ora hicrət etməsi barədə danışırmış.
«İbrahimin köməkliyi ilə Pakistan dövləti, eləcə də orada gedən proseslər barədə məlumatlar aldım. Sonda cihadda iştirak etmək məqsədilə Pakistana getməyi qərarlaşdırdım», - R.Qədirovun ifadəsində deyilir.
2009-cu ilin noyabr ayında Rövşən Qədirov İbrahimlə birlikdə Türkiyənin Ağrı vilayətindən İranın Məşhəd, oradansa Zahidan şəhərinə gedib. Onları milliyyətcə fars olan Abdulmumin adlı şəxs qarşılayaraq evlərinə aparıb. Həmin evdə olarkən Rövşən özünə «Übeyd» dini ləqəbi götürüb. Üç-dörd gün Zahidanda qaldıqdan sonra Abdulmumin onları Pakistan ərazisinə keçirərək Bəlucistan vilayətinə gətirib və bələdçilik etdiyinə görə hərəsindən 200 dollar alıb.
«Übeyd» Yunusa biət edir
«Übeyd» və İbrahim Bəlucistan vilayətindən Şamali Vəziristana keçərək Mirəli şəhəri yaxınlığındakı yaşayış məntəqələrinə çatıblar. «Türk camaatı» silahlı birləşməsinin rəhbəri, milliyyətcə türk olan Yunus onları qarşılayıb, türklərdən ibarət olan cihadçıların toplaşdığı evə aparıb. Həmin evdə «Übeyd» Yunusa biət edib və «türk camaatı» silahlı birləşməsinin tərkibinə daxil olub.
«Übeyd» «Türk camaatı» silahlı birləşməsinin digər üzvləri ilə birlikdə dini, fiziki, o cümlədən silahdan və əl qumbaralarından istifadə qaydaları üzrə Yunusun təşkil etdiyi təlimlərdə iştirak edib. Amma bir müddət keçdikdən sonra düşərgədəki digər mücahidlərlə aralarında dini fikir ayrılığı, mübahisələr yaranıb. Bu səbəbdən də Yunus onu öz dəstəsindən kənarlaşdırıb. «Übeyd» 2010-cu ilin mart ayında silahlı birləşməni tərk edərək əvvəl İranın Zahidan şəhərinə, oradansa Türkiyəyə qayıdıb.
«Übeyd»in cihad yolu davam edir: Hələb səfəri
2011-ci ilin sentyabr ayının əvvəllərində «Übeyd» Suriyada hökumət qüvvələrinə qarşı yenidən cihadda iştirak etmək qərarına gəlib. Bu məqsədlə Suriyanın Hələb şəhərinə gələrək «Abu Ahmed Xümsü»nün rəhbərlik etdiyi «Ahraru-Şam»adlı silahlı birləşməsinə qoşulur. Dəstənin tərkibinə daxil olduqdan sonra «Abu Ahmed Xümsü» tərəfindən «Übeyd» «Kalaşnikov» markalı avtomat silah və patronlarla təmin edilir və ərzaq anbarını mühafizəçi təyin olunur: »Tapşırığa uyğun olaraq silahlı birləşmənin digər üzvləri ilə birlikdə Hələb şəhərinin Telrıfat qəsəbəsində yerləşən ərzaq anbarının mühafizəsində iştirak etmişəm».
2011-ci ilin dekabr ayında «Əhrarü əş-Şam» silahlı birləşməsinin digər üzvləri ilə birlikdə ərzaq anbarının mühafizəsini həyata keçirən zaman «Übeyd» yaralanır. O, Suriya silahlı qüvvələrinin həmin əraziləri azad etmək məqsədilə təşkil etdiyi hava hücumu zamanı həmin ərazilərə raket zərbələri endirilməsi zamanı sağ çiynindən və qolundan xəsarət alır: »Həmin vaxt huşumu itirdim. Uzun müddət müalicə aldıqdan sonra Suriyada qalmağın təhlükəli olduğunu görüb 2012-ci ilin yanvar ayında «Əhrarü-əş-Şam» silahlı birləşməsinin tərkibindən çıxaraq yenidən İstanbul şəhərinə gəldim».
İstintaqa verdiyi ifadəyə əsasən R.Qədirov Suriyadan qayıtdıqdan sonra İstanbulda ailə qurub. Bu ilin aprel ayının 17-də isə Azərbaycana qayıdıb. Məhkəmədə Qədirov deyib ki, Türkiyədəki evlilikdən 3 azyaşlı uşağı var, ancaq arvadı ilə rəsmi nigahda deyil. Azərbaycana isə nigaha girmək üçün gəlibmiş.
«Übeyd» indiyə qədər mühakimə olunmuş digər terror qruplaşmaları üzvləri kimi Suriya və Pakistanda ancaq «humanitar yardımlarla» məşğul olduğunu da iddia edir. Hansı ki, indiyə qədər İŞİD və digər bu kimi radikal dini terror qruplaşmalarına mənsub olan yüzlərlə azərbaycanlının «humanitar fəaliyyəti» həmin qruplaşmaların təbliğat roliklərində dəfələrlə əks olunub…