vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
15:10 | 12 avqust 2017 | Şənbə Məqaləyə 2452 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Saqqaldan sonra hicab

Tacikistanda hicab və dekolteyə qarşı «müharibə»

MÖVZU İLƏ ƏLAQƏLİ

Tacikistanda «milli adət-ənənələrə uyğun olmayan» geyimlərə qarşı kampaniya güclənir. Daxili İşlər Nazirliyi bildirir ki, cəmiyyət içinə belə geyimlərdə çıxan qadınlarla «söhbətlər aparılır».

Amma nazirlik belə qadınların yüksək məbləğdə cərimələnməsi barədə xəbərləri təkzib edib.

Hökumət deyir ki, hicab, türban kimi baş örtükləri, eləcə də qısa paltarlar, dekolte «taciklərin dininə və mentalitetinə yaddır».

«Asiya» agentliyi bu günlərdə xəbər yaymışdı ki, polis paytaxtda reydlər keçirir.

Düşənbənin «Şoxmansur» bazarındakı satıcı qadınlar agentliyə demişdilər ki, polis onları hicaba görə min somoni məbləğində cərimə ilə hədələyib.

Bir neçə gün əvvəl Tacikistan prezidenti Emomali Rahmon «cəmiyyətdəki radikallaşma və gənclərin yabançı dəbə marağı» ilə bağlı narahatlığını bildirmişdi.

«Uca tanrını ağılla dərk edir, ona könüllərdə sitayiş edirlər. Baş örtməklə, çalma qoymaqla, saqqal saxlamaqla yox», - deyən prezident hesab edir ki, internetin təsiri ilə şəhər və rayon əhalisi arasında, xüsusən qadınlar arasında «taciklərə yad olan dəbə maraq artır».

Onun fikrincə, bəzi qız və qadınlar «dindarlığı ürəklərində yox, geyimdə ifadə edirlər. Qara və tünd geyimlər geyməklə «milli ənənələrə sayğısızlıq göstərirlər»».

Rahmon 2015-ci ildən milli tacik geyimlərini təbliğ edir.

O vaxtdan bəri dövlət idarələrinin rəhbərləri qadınlardan işə belə geyimlərdə gəlməyi tələb edir.

Amma hüquq-müdafiəçiləri belə göstərişləri insanların şəxsi həyatına müdaxilə adlandırırlar.