vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
12:57 | 14 avqust 2017 | Bazar ertəsi Məqaləyə 2406 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ciloluq faciəsi rəsmən tanınmalıdır»

Ruhulla Həzrətpur: «Bir neçə məktub yazıb, harasa göndərməklə ilə kifayətlənmək olmaz»

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur XX əsrin əvvəllərində törədilən Ciloluq faciəsinin 100-cü ildönümü ərəfəsində, tarixi hadisə ilə bağlı yeni açıqlama verib. O bu barədə yerli xəbər agentliklərinin birinə danışıb.

«Ciloluq faciəsi unudulmamalıdır. Mən bu tarixi faciənin rəsmən tanınması və onun dərsliklərə salınması üçün əlimdən gələni edirəm. Artıq faciənin 100-cü ildönümü ərəfəsindəyik. Tarixi faciənin təkcə virtual aləmdə işıqlandırılması, bu haqda bir neçə məktubun yazılıb və harasa göndərilməsi ilə kifayətlənə bilmərik», - deyə R.Həzrətpur qeyd edib.

Tarixi faciəyə xüsusi həssaslıq göstərən millət vəkili əlavə edib ki, mən hər zaman bu mövzunu diqqətdə saxlamışam, hətta ölkə prezidenti Urmiyaya səfər etdiyi zaman, bu məsələ ilə bağlı ona xüsusi məktub da təqdim etmişəm.

R.Həzrətpur həmçinin cari ilin mart ayında sözügedən dəhşətli tarixi hadisə ilə əlaqədar İranın Təhsil nazirinə məktubla müraciət edib.

Millət vəkili məktubda Ciloluq faciəsi zamanı Urmiya və Qərbi Azərbaycan Vilayətində minlərlə insanın qətlə yetirildiyini bir fitnə adlandırarq onun tarixi cəhətdən önəmli bir hadisə olduğuna diqqət çəkib. «Ciloluq faciəsinin 100-cü ildönümü yaxınlaşır, bu münasibətlə baş verən ibrətverici faciə tarix dərsliklərinə salınmalıdır. Bunun üçün lazımi tədbirlərin alınmasını xahiş edirik», - deyə məktubda qeyd olunub.

XX əsrin əvvəllərində birinci dünya müharibəsinin sonlarında erməni, asuri və kürd dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiya, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiliblər. Kütləvi qırğın zamanı on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Bu tarixi hadisə, Ciloluq faciəsi kimi tarixə düşüb.