vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AKTUAL  
22:26 | 17 avqust 2017 | Cümə axşamı Məqaləyə 2761 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avstraliyalı millət vəkilindən inanılmaz davranış

Ölkəsində niqab qadağasını istəyən ultra-sağçı deputat senatda niqab geyindi

Avstraliyanın ifrat sağçı One Nation (Vahid Xalq) partiyasının lideri, Paulin Hanson (Pauline Hanson)) Avstraliya senatına niqab geyinərək gəlib.

Paulin Hansonun senatın iclas zalına girişi digər senatorların şoka düşməsinə səbəb olub. Xanım Hansonun partiyası Avstraliyada niqabın qadağan edilməsi üçün qanun layihəsi təklif edir.

Dövlət naziri Corc Brandis (Geroge Brandis) xanım Hansonun hərəkətini tənqid edib və ona dini qrupları təhqir etməməyi «tövsiyə və xəbərdarlıq» edib.

Cənab Brandisin çıxışı müxalif partiya üzvlərinin alqışını qazanıb.

Çıxışında, o, xanım Hansonun hərəkətinin Avstraliyanın təxminən 500 minlik müsəlman əhalisini təhqir etdiyini vurğulayıb.

«Bir icmanı ələ salmaq, onları küncə sıxmaq, onun dini geyimlərini lağa qoymaq dəhşətli bir hərəkətdir və mən sizdən hərəkətiniz barədə dərindən düşünməyi xahiş edirəm», Avstraliyanın Baş Prokuroru vəzifəsini yerinə yetirən cənab Brandis deyib.

«Xeyr senator Hanson, biz niqabı qadağan etməyəcəyik», o, əlavə edib.

Avstraliyanın ictimai televiziya kanalı xanım Hansonun senat iclas zalına girdiyi an digər senatorların eşidiləsi səslə qəfildən nəfəs aldıqlarının və hətta bir senatorun «bu nədir belə» dediyini bildirib.

Senatın prezidenti Stefen Perri (Stephen Parry) xanım Hansonun iclas zalına girməsindən əvvəl şəxsiyyət yoxlamasından keçdiyini təsdiqləyib. Daha sonra, o, geyindiyi niqabı əynindən çıxarıb.

Onun niqabın qadağan edilməsi üçün təklif etdiyi layihə cümə axşamı günü senatda müzakirə ediləcək.

İnternetdə yaydığı bəyanatda, xanım Hanson deyib ki, «bütün sifəti örtən (geyimlərin) qadağan edilməsinə ehtiyac müasir Avstraliyanın üzləşdiyi mühüm bir zərurətdir».

Onu tənqid edən cənab Brandis çıxışı ilə senatda hökumət üçün nadir görünən müxalif Leyborist və Yaşıllar partiyalarının dəstəyini qazanıb. Müxalif partiya üzvləri ayağa qalxaraq onu təbrik edib və alqışlayıblar.

«Dini geyimi səmimi inan nümayişi olaraq geyinmək ayrı, zalda oyun oynayaraq geyinmək ayrıdır», Leyboristlərin senatoru Penni Vonq (Penny Wong) deyib.

Yaşılların lideri Riçard Di Natale (Richard Di Natale) cənab Brandisin «güclü və səmimi bir cavab» verdiyini deyib.

Parlamentdə ilk dəfə 1996-cı ildə seçilən xanım Hanson dəfələrlə qalmaqala səbəb olub.

2016-cı ildə, o, dərindən tənqid edilmiş bir çıxışında Avstraliyaya «həddindən artıq müsəlmanların dolduğunu» deyib.

İki ay əvvəl isə, o, autizmi olan uşaqların məktəblərdən çıxarılmasını təklif etdiyinə görə bir daha tənqidlərlər üzləşmişdi.