Donbassdan sonra Qarabağa?
Rusiya xüsusi xidmət orqanları Almaniyadan radikalları işğal olunmuş ərazilərə niyə göndərib?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
13 ildən sonra ilk
Gəlirlər artsa da büdcədə kəsir əmələ gəlib
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Afrika ölkəsi Almaniyanı hədələdi
Botsvana prezidenti Berlinə 20 min fil göndərəcəklərini deyib
-
“Demokratiya təhlükədə”
Almaniya daxili kəşfiyyatının rəsmisi ifadə azadlığının qorxunc həddə çatdığını deyir
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
-
Rusiyaya PUA hücumu
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
-
44 rəqəmi qadağan olundu?
“Adidas” alternativ dizayn söz verib
-
Ayda 50 qram
Almaniya marixuananı leqallaşdırır
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
Almaniya xüsusi xidmət orqanları bu ölkədə fəaliyyət göstərən radikal sağçı «Almaniya üçün alternativ» partiyasının Rusiya ilə əməkdaşlıq etdiyini üz çıxarıb. Virtualaz.org xəbər verir ki, bu barədə «Die Zeit» qəzetinin məqaləsində deyilir.
Məlumata görə bu partiyanın nümayəndələri Rusiya kəşfiyyatının təşkilatçılığı ilə postsovet respublikalarındakı separatçı ərazilərdə keçirilən «seçkilərdəki müşahidə missiyalarının tərkibində yer alıblar. «Məqsəd Rusiyanın mübahisəli xarici siyasətinə beynəlxalq legitimlik görüntüsü verməkdir. Alman kəşfiyyatı müəyyən edib ki, bu siyasətçilərin səfərlərini Rusiya xüsusi xidmət orqanları təşkil edib»-qəzet yazır.
Qəzetin yazdığına görə hazırda alman xüsusi xidmət orqanları sağ radikal qüvvələrin nümayəndələrini özünün postsovet məkanındakı separatçı ərazilərdəki siyasətini legitimləşdirmək məqsədi ilə istifadə etdiyinə dair dəlilləri araşdırır. Bildirilir ki, bu fəaliyyətdə əsas rolu Berlində yerləşən Avrasiya araşdırmaları Mərkəzi oynayıb. Həmin mərkəz 2016-cı ildə sağ radikal təmayüllü «Zuerst!» qəzetinin baş redaktoru Manuel Oksenrayter və «Almaniya üçün alternativ» partiyasının funksioneri Markus Fronmayer tərəfindən yaradılıb. Həmin Oksenrayter artıq neçə ildir ki, «Almaniya üçün alternativ» partiyasından olan deputatların Donbass, Dağlıq Qarabağ və digər separatçı regionlara səfərlərini təşkil edir.
2014-cü ildən başlayaraq həmin partiyadan azı 11 deputat keçmiş sovet respublikalarındakı separatçı ərazilərdə keçirilən «seçkilərdə» müşahidə missiyalarının tərkibində iştirak ediblər. Bununla da Rusiyanın həmin bölgələrlə bağlı mübahisəli siyasətinə beynəlxalq legitimlik donu geyindirməyə çalışıblar. Həmin səfərlər yerlərdəki «rusiyayönümlü hakimiyyətlər» və ya Kremlönümlü QHT-lər tərəfindən maliyyələşdirilib.
Rusiyanın bu missiyasında əsas rollardan birini oynayan Berlindəki Avrasiya araşdırmaları mərkəzinin əsasını qoyanlardan Mateuş Piskorskidir. Ötən il onu Polşada Rusiyanın xeyrinə casusluq ittihamı ilə saxlayıblar. Almaniya xüsusi xidmət orqanlarına daxil olan məlumata görə Piskorski tərəfindən Krıma təşkil edilmiş ən azı bir səfəri Rusiya xüsusi xidmət orqanları koordinasiya edib və ən azından ona ciddi təsir göstərib. Kəşfiyyat belə qənaətə gəlib ki, Moskva məqsədyönlü şəkildə Almaniyada sağ təmayüllü partiyaları maliyyələşdirir və onlar populist məqsədlərlə çıxış edərək Rusiya ilə yaxşı əlaqələrə çağırırlar.