vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
15:48 | 26 avqust 2017 | Şənbə Məqaləyə 1295 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistanda həyəcan

Sərkisyan «İsgəndər»lə qürrələnməsin, Azərbaycan analoqu olmayan silah ala bilər

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 23-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə ermənistanlı həmkarı Serj Sərkisyan arasında görüş keçirildi. Təbii ki, mətbuata açıqlanmasa da, bağlı qapılar arxasıda Putinlə Sarkisyanın Azərbaycan prezidenti İlham Əliyevlə görüş məsələsini müzakirə etdiyini demək olar.

Çünki bundan bir müddət öncə Rusiya lideri Azərbaycan prezidenti ilə məhz Soçidə görüşmüşdü. Ekspertlər hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində dominantlığı yenidən ələ alıb və prezidentlər də məhz Kremlin təşəbbüsü ilə bir araya gəlib danışıqların növbəti raundunu həyata keçirəcəklər.

Bu proseslər fonunda isə ATƏT-in Minsk qrupunun həmsədri Riçard Hoqland Qarabağ probleminin sülh yolu ilə həllinə dair Ermənistana zərbə sayıla biləcək yeni sənəd təqdim edib.

«Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər onun statusunu qarşılıqlı anlaşma və nəticələri hər iki tərəf üçün hüquqi qüvvə daşıyan referendum yolu ilə müəyyən etməlidir. Keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazisinə, hansı ki, Bakı bu ərazilərə nəzarət etmir, müvəqqəti status verilməlidir, bu status ən azından təhlükəsizliyi və muxtariyyətin qarantiyasını təmin etməlidir» – Hoqland «Amerikanın səsi» radiosunun erməni xidmətinə bildirib.

Amerikalı diplomatın təqdim etdiyi sənədə əsasən Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər  Azərbaycanın nəzarətinə verilməlidir. «Orada Azərbaycanın suverenliyini nəzərə almadan məskunlaşma mümkün deyil. Bu ərazilərdə Azərbaycanın suverenliyi bərpa edilməlidir. Münaqişənin nizamlanmasının prinsiplərindən biri də Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhliz olmalıdır. Bu dəhliz təhlükəsiz hərəkət üçün kifayət qədər geniş olmalıdır. Lakin dəhliz bütün Laçın rayonunu əhatə edə bilməz. Uzunmüddətli nizamla bütün məcburi köçkün və qaçqınların öz yaşayış yerlərinə geri qayıtması hüququnu tanımalıdır» - diplomat bildirir.

Onun açıqlaması Ermənistanda ciddi narahatlıq yaradıb, ona görə ki, bu, Ermənistanın işğalçı olmasını sübut edən bir bəyanatdır.

Ermənistan diplomatiyasının fiaskoya uğramasını bu ölkənin aparıcı nəşrləri də etiraf edir. Təbii ki, məsələnin arxasında  Azərbaycanın ötən ilin aprelində cəbhədə əldə etdiyi uğurlar dayanır.

Diplomatiyada uğursuzluq, Rusiyadan dərin asılılıq – bütün bunlar Ermənistan üçün əsl əsl rəzalətə çevrilib.

Düzdür, aprel döyüşlərindən sonra Ermənistan Rusiyadan «İsgəndər» raketləri aldı, amma bu Yerevana taktiki üstünlük vermədi.

«İsgəndər» raketlərinin işə salınması üçün Rusiyanın razılığı olmalıdır. İkincisi isə Ermənistandakı «İsgəndər» raketlərinin Qarabağda müharibə alovlanacağı təqdirdə belə istifadəsi sual altındadır.

Üçüncüsü, Azərbaycan da güclü hava hücumundan müdafiə sistemləri ilə təchiz olunub, üstəgəl modern hücum silahları balansında var.

Bunlar azmış kimi, Azərbaycanın Rusiyadan dünyada analoqu olmayan S-500 hava hücumundan müdafiə sistemləri alacağı haqda da məlumatlar yayılır.

«Serj Sərkisyan «İsgəndər»lərə aldanmalı və qürrələnməli deyil, çünki Azərbaycan S-500-lərin alıcılarından biri ola bilər», – bunu isə Ermənistanın 1in.am analitik portalı yazıb.

Bundan başqa Azərbaycanın İsraildən modernləşdirilmiş «Hermes 900» pilotsuz uçuş aparatı alacağı da gözlənilir. Bütün bunlar isə Azərbaycanın hərbi sahədə də Ermənistandan qat-qat üstün olduğunu göstərir.

Ermənistan tərəfində isə bu cür müasir pilotsuz uçuş aparatları da yoxdur.