vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TƏDBİR  
11:24 | 30 avqust 2017 | Çərşənbə Məqaləyə 2521 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Deputatlar tətildən qayıtdılar

Komitə iclasları 15-də, plenar isə 30-da olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Azərbaycan Milli Məclisinin deputatlarının tətili başa çatıb. Modern.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşıb.

«Deputatın statusu haqqında» qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət verilib.

Qeyd edək ki, Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alıb.

Milli Məclisdən Modern.az-a daxil olan məlumata görə, parlamentin komitə iclasları sentyabrın 15-dən başlanacaq. Parlamentin ilk plenar iclasının sentyabrın 30-da keçirilməsi gözlənilir.