vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
14:57 | 30 avqust 2017 | Çərşənbə Məqaləyə 3064 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hüquq müdafiəçiləri prezidentə müraciət etdi


«Mehman Əliyevin həbsi sizin jurnalistlərlə bağlı atdığınız addımlara beynəlxalq təşkilatlarda kölgə salınmasına əsas verir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölkənin bir neçə tanınmış hüquq müdafiəçisi ölkə prezidentinə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

«Hörmətli Cənab Prezident,

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin «Turan» İnformasiya Agentliyində apardığı yoxlamalara əsasən tez-tələsik həbs olunan agentliyin direktoru, Azərbaycanda jurnalistikanın inkişafında əhəmiyyətli rol oynamış Mehman Əliyevlə bağlı bir daha Sizə müraciət etmək qərarına gəldik.

Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçiləri kimi biz ümid edirdik ki, vergi orqanları Sizin 10 fevral 2017-ci il tarixli «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» ilə bağlı sərəncamınızı əsas götürərək, istintaqın davam edəcəyi müddətdə Mehman Əliyevin həbs olunmasına tələsməyəcəklər.

Lakin Melman Əliyevə qarşı istintaqın davam etdirilməsi üçün materialların kifayət qədər olmadığı şəraitdə belə onun tezliklə həbs olunması Azərbaycana qarşı tənqidlərin artmasına səbəb olub. Onun həbs olunması Sizin tərəfinizdən jurnalistlərin mənzil və sosial şəraitinin yaxşılaşdırılması üçün atdığınız addımlara beynəlxalq təşkilatlarda kölgə salınmasına əsas verir.

Hörmətli cənab Prezident,

Biz, hüquq müdafiəciləri olaraq Mehman Əliyevin istintaqının davam etdiyi və ona qarşı ittihamların araşdırıldığı müddətdə zaminə buraxılmasına dəstək olmanızı Sizdən rica edirik. Ümid edirik ki, qısa zamanda Siz öz humanistliyinizi göstərərək onun zaminə buraxılmasında bizim xahişimizi nəzərə alacaqsınız.

Hörmətlə, hüquq müdafiəçiləri:

Novella Cəfərova 

Səidə Qocamanlı

Səadət Bənənyarlı 

Əvəz Həsənov

Mirvari Qəhrəmanlı 

Arzu Abdullayeva 

Zəlihə Tahirova

Eldar Zeynalov».