vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
12:28 | 1 sentyabr 2017 | Cümə Məqaləyə 1576 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rakettutanlar 100 faiz hazıdrır

ABŞ Şimali Koreya hücumlarının hədəfə çatmasının qarşısını almaq gücündədir

MÖVZU İLƏ ƏLAQƏLİ

«Express» qəzeti yazır ki, Alyaskada İkinci Dünya müharibəsindən qalmış Fort Qrili (Fort Greely) bazasında onlarca «rakettutan» radar qurğusu yerləşdirlib.

Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin 100-cü Raketdən Müdafiə Briqadasının komandiri polkovnik Kevin Kik (Kevin Kick) bildirib ki, bu qurğular Şimali Koreya lideri Kim Çen Inın ABŞ-a mümkün hücumunun qarşısını almağa 100 faiz hazırdır.

Polkovnik Kik izah edib ki, düşəm raketinin radarda görünməsi ilə eyni anda antiraket sistemi işə düşür və bu zaman yalnız silosdan çıxan alovu görmək mümkün olur.

Bu o deməkdir ki, müdafiə sisteminin raketi düşmən raketini havada «qarşılamaq» üçün uçuşa başlayıb.

«Mən raketdənmüdafiə sisteminin sərrast işlədiyinə yüz faiz əminəm», - deyib polkovnik.

İnterseptorlar və ya rakettutan raketlər nüvə hücumunun qarşısının alınmasında ən effektiv vasitə sayılır.

Hazırda Pentaqonun Fort Qrili bazasında və Kaliforniyadakı başqa bir bazada ümumilikdə 36 rakettutan var.

Bu raketlərin sayı ilin sonunadək 44-ə çatdırılmalıdır. Operativliyə səbəb Şimali Koreyanın Birləşmiş Ştatları qitələrarası ballistik raketlərlə hədələməsidir.

Şimali Koreya bu raketlərin Birləşmiş Ştatların ərazisini vurmaq qabiliyyətində olduğunu iddia edib.

İyul ayında Pxenyan ballistik raketlərini sınaqdan çıxaranda senator Dan Salivan (Dan Sullivan) demişdi ki, alyaskalılar səhəri narahatlıqla açıblar.

Bəzi ekspertlər bu qənaətdədirlər ki, gələcəkdə Pxenyan məhz Alyaskanı vurmaq qabiliyyətində ola bilər.

«İndi həmişəkindən daha çox vacibdir ki, alyaskalılar və bütünlükdə Amerika xalqı həyəcana hazır olsun», - demişdi senator.

Siyasətçi həm də vurğulamışdı ki, indi Kim Çen Inın ABŞ ərazisini vura bilmək qabiliyyətində olması «əgər» yox, «nə vaxt» məsələsidir.

Bu arada prezident Tramp da Şimali Koreyaya sərt mesajlar verib.

ABŞ Koreya yarımadasına özünün strateji bombardmançılarını və radara düşməyən döyüş təyyarələrini göndərib.

May ayında ABŞ Konqresinə ölkənin Şimali Koreyadan müdafiəsinin gücləndirilməsi üçün qanunvericilik aktı təqdim olunub.

Senator Brain Skats (Brian Schatz) deyib ki, bu qanun Havay, Alyaska və başqa ABŞ ərazilərinin Şimali Koreyanın ballistik raket hədəsindən qorunması üçün ordunun döyüş qabiliyyətinin gücləndirilməsinə xidmət edəcək.

Bu həftənin əvvəllərində Şimali Koreya özünün raket sınaqlarını davam etdirib.

Ötən çərşənbə axşamı Şimali Koreya diktatoru ortamənzilli raketlərin sınağında şəxsən iştirak edib. Bu raketlər Yaponiya üzərindən uçaraq okeana düşüb.

Onlardan bəzilərinin elə start meydanında partladığı düşünülür.